image-qanunla-reklam
image-jaskilikov

Zakir Həsənov Qazaxıstana getdi, belə qarşılandı – Foto

image-lady-day-az

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə Birləşdik-2024 beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

Bu barədə Qanunla.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Aktau Beynəlxalq hava limanında general-polkovnik Z.Həsənovu qazaxıstanlı həmkarı general-polkovnik R.Jaksılıkov qarşılayıb.

Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Müdafiə naziri səfər çərçivəsində Birləşdik-2024 təliminin “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasının Tokmak burnunda icra ediləcək epizodlarını izləyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki