Zaqatala rayonunun Muxax kəndi ərazisində “Niva”, “Mercedes” və “Ford” markalı inkassator maşınları toqquşub.

Qanunla.az xəbər verir ki, nəticədə “Niva”nın sürücüsü, 1959-cu il təvəllüdlü Zaqatala rayonu Sabunçu kənd sakini Yunusov Şəmsəddin Şahmur oğlu aldığı xəsarətlərdən ölüb.

Xəsarət alanlar

1. “Mercedes”in sürücüsü  Zaqatala rayon Zəyəm kənd sakini 1963-cü il təvəllüdlü İsmayılov Xudaverdi Oruc oğlu

2.Əhmədova Zümrüd Mustafa qızı-1978 ( Nivadakı sərnişin)

3.Məmmədova Şəhla Şəmsəddin qızı-1987 (Nivadakı sərnişin)

4.Allahverdiyev Şükür Elxan oğlu-1986 ( inkassatordakı sərnişin)

5. “İnkassator”un sürücüsü Süleymanov Elşən Araz oğlu-1980 Yevlax rayon sakini

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəsarət alanlar isə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Zaqatalada "İnkassator" maşını aşdı - Ölən və xəsarət alanlar var (VİDEO-YENİLƏNİB)Zaqatalada "İnkassator" maşını aşdı - Ölən və xəsarət alanlar var (VİDEO-YENİLƏNİB)Zaqatalada "İnkassator" maşını aşdı - Ölən və xəsarət alanlar var (VİDEO-YENİLƏNİB)