Zəfər seçkisi
Hər bir xalqın tarix səhnəsində qalmasında, birləşməsində, öz kimliyini qorumasında əsas rol oynayan bir nümayəndəsi, lideri olmuşdur. Bu şəxslər xalqı öz ətrafında yumruq kimi birləşdirib tarix səhnəsində ölüm-dirim savaşına başlamış və zəfər qazanaraq öz xalqının gələcəyini yaratmışdır. Belə liderlərə misal olaraq Hindistanda Qandini, Türkiyədə Mustafa Kamal Atatürkü, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevi və Ali Baş Komandan İlham Əliyevi göstərmək olar. Xalqımızın tale yükünü öz çiyinləri üstündə daşıyan ümummilli liderimiz Heydər Əliyev bu şərəfli, məsuliyyətli işi Ali Baş Komandan İlham Əliyevin ləyaqətlə davam etdirəcəyinə əmin idi. 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizdəi elmi dərəcəsini alıb. Dünyada tanınmış dövlət xadimi olan cənab prezidentimiz İlham Əliyevin keçirdiyi islahatlar bütün sahələri əhatə etməklə insanların həyat şəraitini, rifahını yüksəltmişdir. Məhz Ali Baş Komandan İlham Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmiz 2002-2022-ci illərdə yuxarı orta gəlirli dövlətlər qrupuna daxil olub. Eyni zamanda 2003-2023-cü illərdə ölkəmizdə ümumi daxili məhsul 6.2 milyard ABŞ dollarından 78.7 milyard ABŞ dollarına çatmışdır. Ölkəmizdə 2003-cü il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44.7 faizdən 5.5 faizə enmişdir. Bəli, cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətindəki uğurları saymaqla bitirmək olmaz. Bu uğurların başında isə cənab prezidentimiz İlham Əliyevin formalaşdırdığı güclü iqtisadiyyat ilə güclü ordunun birləşməsindən yaranmış Qarabağ Zəfəri dayanır. Biz 44 günlük Vətən Müharibəsində prezidentimizin sarsılmaz iradəsinin, öz xalqına, vətəninə olan sevgisinin bir daha şahidi olduq. Əvvəlcədən xüsusi hazırlıqla gələn və təxribat xaraqterli suallarla çıxış edən xarici jurnalistlər prezidentimizin elmi, hazırcavabları qarşısında sus qalırdılar. Qələbə əldə etməyimizi qəbul edə bilməyən bəzi ermənipərəst xarici dairələr Qarabağda apardığımız quruculuq işlərini görməzdən gələrək mina toxumu səpən ermənilərin səsinə səs verirlər. Bəli, prezidentimiz öz xalqı, ölkəsi naminə məhz bu cür qüvvələrlə mübarizə aparır. 2024-cü il fevral ayının 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərini əhatə etməsi Fransa, Hollandiya kimi ölkələrdə yer almış bu xarici qüvvələri daha çox qıcıqlandırdı. Bəli, məhz bu seçkini Zəfər seçkisi adlandırmaq olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Seçici fəallığı 76.43 faiz olan seçkilərdə Prezident İlham Əliyev seçicilərin 92.12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru E. Xəlilov
İnamlı addımların və uğurlu qərarların əsasında duran təhsil.
Hər bir liderin həyat yolu onun peşəkarlığını və təcrübələrini göstərir. Azərbaycan respublikasının prezidenti Ali baş komandanı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. Onun uğurlu qərarlarının əsasında duran təhsil cox vacibdir. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.İlham Əliyevin dünyada tanınmış dövlət xadimi vəzifəsinə çatmasında ən böyük səbəb isə onun peşə fəaliyyətidir. Beləki O 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.Sonuncu dəfə 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq seçkilər müstəqil ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. İlham əliyevin hakimiyyəti dövründə Azərbaycan çox uğurlu inkşaf yoluna qədəm qoymuşdur. Və uğurlu siyasət güclü ordu sayəsində ən büyük problem Qarabağ məsələsi birdəfəlik həll olunmuşdur.
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sadıqova Ülkər