image-qanunla-reklam
image-img_20211018_065424

Zelenski çirkli pulların yuyulmasından danışdı

image-lady-day-az

Nə mən, nə də ortaqlarının çirkli pulların yuyulmasında iştirak etmişik.

Qanunla.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Zelenski deyib.

“2019-cu ildən əvvəl fəaliyyətim barədə hər şeyi insanlar bilir. Bu televiziya və kino ilə bağlıdır. Yanukoviçin dövründə hər kəs öz işini qurdu. Xüsusilə televiziya, media ilə əlaqəli iş… Bütün kanalların xaricdə şirkətləri var. Niyə? Çünki siyasətdən təsirlənməmək üçün bir fürsət idi”, – deyə Ukrayna lideri bildirib.

O qeyd edib ki, özü və “Kvartal 95” studiyasının üzvləri çirkli pul yuyulmasında iştirak etməyib:

“Biz yalnız yaradıcılıqla məşğul idik. Bu kimi çirkli ittihamları Poroşenko mənə qarşı irəli sürməyə cəhd etmişdi deyə, sanki dejavyu yaşadım. Bütün bunlar köhnə hekayədir, hamısını eşitmişəm, hamısını görmüşəm, bütün detalları. Yeni bir detal görmədiyim üçün şadam. Bu onu göstərir ki, 2019-cu ildən bəri yoldaş Pyotr Poroşenko Ukrayna Prezidenti olaraq mənim üçün heç nə tapmayıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki