Ukrayna Prezidenti Vladimir Zelenski danışıqlar masası arxasında oturmalıdır və ABŞ onun bunu edəcəyinə ümid edir.
Qanunla.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.
“Zelenski danışıqlar masasına oturmalıdır, çünki ABŞ ilə iqtisadi əməkdaşlıq onun ölkəsinin gələcəyi üçün vacibdir. Və ümid edirik ki, o, tezliklə bunu edəcək”, – o bildirib.