ABŞ Silahlı Qüvvələri sabah Ukraynaya böyük hərbi yardımı elan edəcək.
Qanunla.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.
O qeyd edib ki, müvafiq qərar Rusiya-Ukrayna cəbhəsində Müdafiə Qüvvələrinin işini yüngülləşdirəcək:
“Mən bilirəm ki, Amerikanın Ukraynaya dəstək üzrə əsas qərarı hazırlanır – biz sabah rəsmi açıqlama gözləyirik: döyüşçülərimiz üçün əhəmiyyətli dəstək paketləri”.