image-970_50
image-fotojet-6

Zelenski Ərdoğana təşəkkür etdi: Türkiyə Ukraynada pilotsuz uçuş aparatları mərkəzi yaradır

image-728_90

 

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin “Baykar Savunma” şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.

Ukrayna tərəfindən sənədi müdafiə naziri Andrey Taran, Türkiyə tərəfdən isə “Baykar Savunma”nın baş direktoru Haluk Bayraktar imzalayıb.

“Biz bu anı çoxdan gözləyirdik. Bu, bizim üçün əhəmiyyətli bir hadisədir”, –  deyə Vladimir Zelenski memorandumun imzalanmasından sonra vurğulayıb.

Ukrayna dövlətinin başçısı bu layihənin həyata keçirilməsinə dəstək verdiyi üçün öz adından və Ukrayna xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib:

“Bu, irəliyə doğru böyük bir addımdır. Prezident Ərdoğana minnətdaram. Bu, Ukraynanın suverenliyi və müstəqilliyinə əsl dəstəkdir”.

Məlumatda həmçinin qeyd olunur ki, Vasilki yaxınlığında inşa ediləcək mərkəzdə türkiyəli mütəxəssislər “Bayraktar” pilotsuz uçuş aparatının istismarı ilə əlaqədar ukraynalılara kadr hazırlığı da keçəcək.

Mənbə: Ukrayna Prezidentinin saytı (president.gov.ua)

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki