image-qanunla-reklam
image-img_20211106_085310

Zelenski qanun imzaladı və oliqarxlara şərt qoydu

image-lady-day-az

Ukrayna Prezidenti Vladimir Zelenski oliqarxlarla bağlı qanunu imzaladıqdan sonra onlara iki yol təklif edib: dürüst biznesmen olmaq, yaxud öz tarixlərinin qara səhifəsini başlatmaq…

Qanunla.Az xəbər verir ki, bu barədə Zelenski Teleqram səhifəsində yazıb.

O bildirib ki, Ukrayna 1991-ci ildə müstəqilliyini əldə etsə də, uzun müddət geniş biznesin və böyük siyasətin əsirinə çevrilib:

“Bu gün bunu kökündən dəyişəcək qanun imzaladım. Biz hamı üçün qanunların bərabər olduğu ölkə quracağıq. Burada siyasətçilər 40 milyondan çox vətəndaşın maraqlarını qoruyur. Burada biznes dövlətlə birgə mövcuddur, dövlətin hesabına deyil. Oliqarx adlandırılanların indi iki yolu var: Birincisi – şəffaf, dürüst biznesmen olmaq və təmiz işləmək. İkincisi – köhnə qaydalarla oynamağa cəhd etməklə özlərinin qara səhifəsini başlatmaq…”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki