Ukrayna lideri Volodimir Zelenski Ukrayna prezidentinə münasibətdə “kuklabaz” kimi çıxış edən Qərbin maraqlarından tamamilə asılıdır.
Qanunla.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ceyhun Bozkurt yazıb.
“Siz razılığa gəlirsiniz, lakin sonra Britaniyanın baş naziri gəlib sizi imtina etməyə məcbur edir”, – jurnalist 2022-ci ilin yazında Ukrayna üzrə danışıqların nəticələrini xatırladıb.
Onun sözlərinə görə, bu nəticələr onu göstərir ki, Zelenski Qərbin göstərişi olmadan hərəkət edə bilməyən asılı liderdir.
“Yəni, sən kuklasan, kuklaçı isə sənin simini istədiyi kimi çəkir”, – jurnalist əlavə edib.
Bundan əvvəl Zelenskinin gələn həftə ölkə üçün yeni “fəaliyyət planı” təqdim edəcəyi bildirilirib.
Zelenski əlavə edib ki, yeni plan təhlükəsizlik, enerji və silahlara həsr olunmuş bəndlərdən ibarətdir. Xüsusilə, təşəbbüs Ukraynada silah istehsalı və tərəfdaşlarla əməkdaşlığa aiddir.