image-qanunla-reklam
image-8ba14e3865076a4bd3b891a2a7b59c72

Zelenski Tramp-Putin dialoquna qarşı

image-lady-day-az

Ukrayna lideri ABŞ prezidentinə onun adından danışmaq mandatı vermədiyini açıqladı – Kiyev “va-bank” gedir…

“Vladimir Putinlə danışıqlara getmək ona Avropa ilə qərar vermək imkanı yaratmağa bərabərdir”. “Yeni Müsavat” yazır ki, bunu “Le Parisien” nəşrinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, regionda baş verənlərdən məhz Kreml rəhbərinin məsuliyyət daşıdığını, eləcə də ölkəsinin nə Rusiyanın, nə də Putinin qarşısında zəif olmadığını vurğulayıb.

Ukrayna prezidentinin toxunduğu növbəti məsələ Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyü ilə əlaqəli olub: “Biz nə NATO-nun, nə də Avropa İttifaqının üzvü olub-olmayacağımızı bilirik. Deyirlər, bu, gələcəkdə baş verəcək, lakin nə vaxt? İndiki şərtlər daxilində Vladimir Putinlə danışıqlara getmək ona əlavə üstünlüklər qazandıracaq. Məsələn, o, Avropada yaşanan hadisələrlə bağlı qərar vermək istəyəcək”.

Zelenski eyni zamanda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyası zamanı Rusiya-Ukrayna münaqişəsini 24 saata həll edəcəyi barədə fikirlərini şərh edib: “Mən qətiyyətlə bəyan edirəm ki, dünyanın heç bir lideri Vladimir Putinlə Ukraynanın adından danışıqlar apara bilməz. Biz heç kimə belə bir mandat verməmişik. Müharibənin qurbanı bizik, bizim ölkəmizdir. İndi kimlərinsə bizə necə yaşamağı öyrətməsi ədalətsizlik olardı. Fransızlar da, italyanlar da, amerikalılar da məhz öz ölkələrində bunu edə bilər”. “Ukraynanın Rusiyaya ərazi güzəştə gedib-getməməli olması ilə bağlı suala cavab verməyə hazır deyiləm”. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib. O, yalnız Rusiya və Ukrayna prezidentləri ilə görüşdən sonra bu suala cavab verə biləcəyini açıqlayıb. “Rusiyanın nəzarətində olan ərazilərdə bir dənə də olsun bina yoxdur. İnsanlar ora qayıtmayacaq”, – deyə Tramp qeyd edib.

Bu açıqlamadan belə nəticə hasil olur ki, Zelenski Trampın onun yerinə Putinlə dialoqa getməsinin əleyhinədir. Kiyev sülh masasında əlinin güclü olmasını istəyir. Bunun üçün Rusiyaya təzyiqləri artırmağa çağırır. Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, sülh danışıqlarına Ukrayna deyil, Rusiya məcbur edilməlidir. Onun sözlərinə görə, Avropa İttifaqı Donald Trampın Ağ Evə qayıdışı fonunda “daha çox səfərbər olmalıdır”. Sikorski Polşanın Aİ-yə sədrliyi dövründə Rusiyaya qarşı daha güclü sanksiyalar vəd edib. Onu da deyək ki, yaxın vaxtlarda İstanbulda Rusiya və Ukrayna rəsmiləri görüşəcək. Türkiyə prezidentinin müşaviri Yalçın Topçu məlumatı açıqlayıb. Zelenskinin çıxışı isə dialoq imkanlarını tükəndirir və Ukrayna görünür ki, bu müharibədə “va-bank” getməkdə israrlıdır. Hərgah, yorğunluq göz qabağındadır, əks-hücuma keçmək taqəti yoxdur. O zaman Rusiyanı masaya Kiyevin şərtləri ilə oturmağa məcbur etmək necə mümkün olacaq?

Yeri gəlmişkən, səlahiyyət müddəti başa çatmaqda olan Co Baydenin administrasiyası ABŞ Konqresinin təsdiq etdiyi qalan 5,6 milyard dolları Ukraynaya verməyə vaxt tapmaya bilər. “Nyu York Tayms” ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb. “Bu administrasiya qaldığı müddətcə hərbi yardım paketləri verməyə davam edəcəyik. Lakin 5,6 milyard dollar kifayət qədər ciddi bir səlahiyyət məsələsidir, ona görə də güman edirəm ki, bəziləri növbəti administrasiyaya veriləcək və onun sərəncamında qalacaq”, – mənbə bildirib.

Fransa daha bir total hücuma başlamaq istəyir-Aqşin Kərimov » www.Bia.Az

Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimovun qənaətinə görə, Macarıstanın baş naziri Viktor Orbanın Floridada Donald Tramp və milyarder İlon Maskla görüşməsi, ardınca Vladimir Putinlə telefon danışığı aparması Ukrayna müharibəsində tamamilə fərqli dinamika yaratmağa hazırlıqdır: “Orban Tramp administrasiyası dövründə ABŞ-Avropa İttifaqı münasibətlərinin əhəmiyyətli dərəcədə pisləşməməsinə çalışır. Ancaq bu tendensiya elə qurulub ki, Trampla Putinin danışıqları üçün hər cür əsaslar paralel şəkildə saxlanılsın. Rusiya qoşunlarının Ukrayna cəbhəsində irəliləyişləri fonunda Macarıstanın broker qismində çıxışını çoxşaxəli etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi diqqətəlayiqdir. ABŞ diplomatiyası üçün əsas prioritet Ukrayna müharibəsinin ədalətli həllindən çox münaqişənin necə həll olunmasıdır. Trampın siyasəti ABŞ-ın xarici siyasətindəki ümumi cəhətlərdən çox fərqlənməyə bilər, lakin o, Vaşinqtonun strateji maraqları naminə Rusiyanın hücum kampaniyasının davam etməsinin yaratdığı şəraitə “legitimlik” donu geyindirə bilər. Bu, Rusiya və ABŞ-a sərfəli variantdır”.

Ekspert hesab edir ki, Tramp fenomeni Rusiya ilə ABŞ arasındakı münasibətlərdə yaxınlaşma ehtimallarını gücləndirir: “Bu, Ağ Evlə Kremlin Ukrayna üzərindən vahid tənzimləyici strategiya qəbul etmək fikirlərini stimullaşdırır. Rusiya isə prosesi Ukraynadakı mövcudluğu və fəaliyyətlərini kənar oyunçular üzərində təsir rıçaqları kimi istifadə etmək təcrübəsi kimi nəzərdən keçirir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki