image-qanunla-reklam
image-fe4c59d323a020ab47938a1526ab51db

Zelenski Türkiyəyə GEDİR

image-lady-day-az

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Volodimir Zelenski ilə Ukraynadakı münaqişənin həlli prosesini müzakirə edəcək.

Qanunla.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.

“Fevralın 18-də prezident iqamətgahında prezident Rəcəb Tayyib Ərdoğan onun dəvəti ilə ölkəmizə rəsmi səfər edəcək Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək”, – deyə Altun sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, danışıqlar zamanı Türkiyə ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün aspektləri, eləcə də iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılması lazım olan addımlar nəzərdən keçiriləcək. Ukraynada baş verən son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki