image-qanunla-reklam
image-rusiya-donbas-ordu

Zelenskidən şok: Rusiya Kurskda bu qədər əsgər itirib!

image-lady-day-az

Ukraynanın Kursk vilayətində əməliyyatı başlayandan bəri Rusiya ordusu 38 mindən çox əsgərini itirib.

Qanunla.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O xatırladıb ki, Müdafiə Qüvvələrinin Kursk vilayətində əməliyyatlara başlamasından beş ay keçir:

“İndi ukraynalı döyüşçülər orada bufer zonasını saxlayır, işğalçı ölkənin hərbi potensialını fəal şəkildə məhv edirlər. Kursk əməliyyatı zamanı düşmən 38 mindən çox hərbçisini itirib. Təkcə bir istiqamətdə onların itkisi 15 mindir”.

Prezident qeyd edib ki, rus qoşunları region ərazisinə öz güclü bölmələrini, həmçinin Şimali Koreya əsgərlərini yerləşdiriblər. Əməliyyat sayəsində onlar bu qüvvələri Sum və Donetsk, Xarkov və ya Zaporojye istiqamətlərinə yönəldə bilmirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki