image-qanunla-reklam
image-bayden-zelenski

Zelenskinin son ümidi: Bayden gedərkən bunu etsə…

image-lady-day-az

ABŞ Prezidenti Co Baydenin istefaya hazırlaşan administrasiyasının Ukraynanı NATO-ya dəvət edəcəyinə ümid edirəm.

Qanunla.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Kiyevdə səfərdə olan Avropa qurumlarının rəhbərləri ilə görüşdən sonrakı brifinqdə deyib.

Onun sözlərinə görə, NATO xarici işlər nazirlərinin dekabrın 3-4-də Brüsseldə keçiriləcək görüşü Ukrayna üçün fürsət pəncərəsinə çevrilə bilər:

“Ancaq illüziyalar yoxdur. Skeptik ölkələr var və bu gün ABŞ təəssüf ki, bu siyahıya daxildir. Baydenin bunu tövsiyə edib-etməyəcəyini bilmirəm. Amma bildiyimə görə, Dövlət katibi Blinkenin baxışı daha müsbətdir. Amma Almaniya tərəfi var, Macarıstan var…”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki