image-qanunla-reklam
image-1630857072-721fd1e1-177e-4493-ac65-694b89d90488

Zelenskiyə qarşı sui-qəsd təşkil olunur?

image-lady-day-az

Ukrayna Təhlükəsizlik Xidmətinin zəng mərkəzinə ölkə prezidenti Vladimir Zelenskiyə qarşı sui-qəsdin hazırlanması barədə məlumat daxil olub.

Qanunla.Az xəbər verir ki,  Xidmətin etimad xəttinə zəng edən şəxs özünü Georgiyev Vladimir Aleksandroviç kimi təqdim edib. O, bildirib ki, Ukrayna prezidentinə qarşı sui-qəsdin təşkili və Ali Radanın binasına hücum barədə danışılanları eşidib.

Mərkəzdən həmin nömrəyə cavab zəngi zamanı isə dəstəyi bir xanım qaldırıb. Belə ki, o, Kiyev-Peçerski monastrının işçisi olduğunu bəyan edib. Qadının sözlərinə görə,  zəng edən psixi pozğunluqları olan şəxsdir və o, tez-tez məbədin meydançasında gəzişir.

Hazırda naməlum şəxs axtarışdadır. Məsələ ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki