image-qanunla-reklam
image-save_20210519_163948

Zəngəzur dəhlizinin açılışı məsələsi strateji əhəmiyyət daşıyır

image-lady-day-az

Zəngəzur dəhlizinin açılışı məsələsi strateji əhəmiyyət daşıyır

Zəngəzur Azərbaycanın tarixi mahalıdır. Əzəli Zəngəzur mahalı indiki Ermənistanın Qafan,Gorus,Qarakilsə(erməni adı Sisiyan),Meğri (erməni adı Mehri),Zəngilan,Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. Zəngəzur sözü türk dilində(sözün sonundakı “zur” sözü dərə,yarğan mənasını;sözün əvvəlindəki “zəngi” sözü isə varlı, bol mənasını verir)varlı dərə, bərəkətli dərə mənasını bildirir.XX əsrin əvvəlində Zəngəzur mahalında 149 azərbaycanlı,91 kürd və81 erməni kəndi var idi. Çar Rusiyası dövründə Zəngəzur mahalı Yelizavetpol(Gəncə)quberniyasının tərkibində olub.Bu quberniya 09 dekabr 1867-ci ildə Rus imperatorunun Fərmanı ilə yaradılıb.Yelizavetpol quberniyasına Qazax qəzası,Yelizavetpol(Gəncə) qəzası,Nuxa qəzası, Ərəş(indiki Ağdaş) qəzası,Cavanşir qəzası(Tərtər),Şuşa qəzası,Zəngəzur(Gorus) qəzası, Cəbrayıl(Cəbrayıl şəhəri,Qaryagin-indiki Füzuli rayonu) daxil idi. Qeyd edək ki,Zəngəzurun Ermənistana verilməsi 1920-ci ilin noyabrında keçirilən Azərbaycan K(b)P MK Siyasi bürosu və Təşkilat bürosunun birgə qəbul etdiyi qərarla verilib.Belə ki, qərarın qəbul edilməsində bir nəfər belə azərbaycanlı kommunist bolşevik partiyasının üzvü olmayıb! Ona görə də hörmətli prezidentimiz cənab İlham Əliyev çox haqlı olaraq deyir ki,”Zəngəzurun Ermənistana verilməsi tarixi saxtakarlıqdır,ədalətsizlikdir və Azərbaycanın kürəyinə xaincəsinə vurulmuş xəncərdir!”Adı çəkilən həmin bədnam,xain qərarla Zəngəzur mahalı 2 yerə bölündü:qərbi Zəngəzur və Şərqi Zəngəzur qəzaları. Nəticədə Zəngəzur qəzsının 6,742 kvadrat metrlik ərazisindən 3,105 kvadrat metrlik ərazisi Azərbaycan Respublikasının(Şərqi Zəngəzur)tərkibində qalmış, 3,637 kvadrat verstlik ərazisi isə saxta qərarla Ermənistan Respublikasına(Qərbi Zəngəzur) verilmişdir. Aramsız davam edən erməni təxribatına cavab olaraq 27 sentyabr 2020-ciildə başlayan və 44 gün davam edən “Vətən Müharibəsi”ndə Müzəffər Azərbaycan Ordusunun “Dəmir Yumruq” hərbi əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımızın boyük bir hissəsi işğaldan azad edildi.Müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusunun 80%-indən çoxunu darmadağın etdi və onu sarsıdıcı məğlubiyyətə uğradaraq Ermənistanı kapitulasiyaya məcbur etdi. Beləliklə, 2020-ci ilin noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan və Rusiya prezidentləri,Ermənistanın Baş Naziri Bəyanat imzalayıblar.Bu bəyanatla bizim işğal altında qalan digər rayonlarımız: Ağdam,Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan işğaldan azad edildi.Nəticə etibarilə deyə bilərik ki,Dağlıq Qarabağ məsələsi,Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır.Azərbaycanda Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur.MüzəffərAli Baş Komandan cənab İlham Əliyevin dediyi kimi Azərbaycan bu məsələni həll edib,tarixi zəfər əldə etmişik.Azərbaycan hazırda viran edilmiş ərazilərimizdə bərpa işlərinə başlamışdır.Zəngəzur dəhliznin açılması məsələsi 2020-ci ilin noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan və Rusiya prezidentləri,Ermənistanın Baş Nazirinin birgə imzaladığı Bəyanatda öz əksini tapıb.Zəngəzur dəhlizinin açılması ilk növbədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla quru torpaq əlaqəsini yaratmaqla Türkiyə Cümhuriyyətinə birbşa əlaqə yaradır.Zəngəzur dəhlizinin açılması eyni zamanda Uzaq Şərqdən tutmuş, Yaponiya,Koreya,Çin,Orta Asiyanın türk dilli respublikaları:Qırğızıstan,Tacikistan və Türkmənistan arasında 1000km-lərlə uzunluğu olan nəhəng bir nəqliyyat qovşağının yaranması deməkdir.Zəngəzur dəhlizinin açılması Ermənistanın özünə böyük iqtisadi mənfəətlər verən, bölgə dövlətlərinin iqtisadi inkişafına güclü təkan verən bir layihədir! Zəngəzur dəhlizinin açılması eyni zamanda Rusiyanın da regiondakı maraqlarının təmin edilməsinə xidmət edəcəkdir.Belə ki, Rusiyanın Uzaq Şərq,Sibir və Ural Bölgələrinin iqtisadi inkişafı üçün əvəzedilməz bir nəqliyyat qovşağı rolunu oynaya bilər.Çox təəssüflər olsun ki, Ermənistanda baş qaldıran davakar revanşist qüvvələr bu dəhlizin açılmasına qətiyyətlə qarşı çıxırlar.Cənab prezidentimiz İlham Əliyevin dediyi kimi:”Azərbaycan Zəngəzur dəhlizinin açılmasında çox qərarlıdır.Biz istəyirik ki, bu dəhlizin açılması xoşluqla həll edilsin,əks halda Azərbaycan bunu zorla-güc yolu ilə həll edəcəkdir!Çünki Azərbaycan Ermənistana çox böyük güzəştlər etmişdir.Bunu ağlı başında olan ermənilər tam başa düşür.Ağlı başında olmayanları isə “Dəmir Yumruq” başa salacaq! Zəngəzur dəhlizinin açılışı məsələsi eyni zamanda Rusiyanın da strateji-iqtisadi maraqlarına cavab verir.Ümid edirik ki, bölgədə sülh, iqtisadi əməkdaşlıq və inkişaf zəfər çalacaq! Cənab prezident İlham Əliyevin 10 may 2021-ci il tarixdə Naxçıvana etdiyi səfərində Ordubad şəhərində etdiyi çıxışında Zəngəzur dəhlizinin açılışı məsələsində nə qədər qərarlı olduğunu ortaya qoydu.Azərbaycan dövləti bölgədə sülhə, iqtisadi əməkdaşlıq və inkişafa yaşıl işıq yandırır!Bizim niyyətimiz aydın və təmizdir!
Uca ALLAH Azərbaycanı qorusun!

Əzimova Zülfiyyə Rəhim qızı
Saatlı rayon A.Mustafayev adına Qırağlı kənd ümumi orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki