image-qanunla-reklam
image-927056

Zəngəzur dəhlizinin əhəmiyyəti

image-lady-day-az

Zəngəzur dəhlizinin əhəmiyyəti

Azərbaycanın tarixi torpaqları olan Zəngəzur mahalının işğal edilməsi Azərbaycanın Naxçıvanla olan quru əlaqəsini kəsməklə, həmdə bütün türk dövlətləri arasında bağı kəsdilər. Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində möhtəşəm qələbəni təmin etdi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Azərbaycan Türkiyə və avropa bazarlarına rahat çıxış əldə edəcək.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirib.  Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq”. Bu istiqamətdə ən mühüm addımlardan biri məhz Naxçıvana quru dəhlizinin açılmasıdır ki, bunun nəticəsində faktiki olaraq Azərbaycanla həm Rusiya, həm Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Naxçıvanla dəhlizin açılması həm də Rusiyanın Türkiyə ilə faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir. Eyni zamanda, Naxçıvanla dəhlizin açılması bir istiqamət üzrə də, Azərbaycan üzərindən Rusiya ilə İran əlaqələrinin açılması deməkdir və bu, bütövlükdə bölgənin iqtisadi inkişafına, real sektorun istehsal proseslərinin intensiv şəkildə inkişaf etdirilməsinə xidmət edən bir məsələdir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın türk dünyası ilə əlaqələrinin genişlənməsinə ölkə iqtisadiyyatının dahada inkişaf etməsinə təkan yaradacaq. Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin reallaşmasından çox qorxurlar. Çünki Atatürkün türk qapısı adlandırdığı Naxçıvanı Zəngəzuru parçalamaqla Türk dünyasının birliyini əngəlləyən qüvvələr bu dəhlizin inşası ilə planlarının pozulduğunu görürlər. Hər halda Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə, türk dünyasının quru yolunun, o cümlədən də siyasi, iqtisadi əlaqələrinin gücləndirilməsi üçün mühümdür. Zəngəzur dəhlizinin açılması ilə türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olacaq. Azərbaycan Türkiyə və türk dünyası ilə güclü əlaqələrin yaranmasında əhəmiyyətli rolunu daha da artıracaq

Rafael Feyzulov,
Saatlı rayon Qara Nuru kənd tam orta məktəbinin direktor əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki