image-qanunla-reklam
image-ilham-xocavend11

Zəngəzur tarixi torpağımızdır və oraya qayıdacağıq

image-lady-day-az

Zəngəzur tarixi torpağımızdır və oraya qayıdacağıq

Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Azərbaycanın tarixi mahalı olan Zəngəzur da erməni işğalçılıq siyasətinin qurbanına çevrilib. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə, Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon müsəlman həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinmişdir. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilmişdir. Zəngəzur Ermənistana 1920-ci il noyabrın 30-da qəbul edilən qərara əsasən verilmişdir. Bəli, bu, çox ədalətsiz bir qərar idi. Bəşəriyyət tarixi bir çox ədalətsizliklərə, haqsızlıqlara şahidlik edib. Bir sıra xalqların tarixi torpaqlarından didərgin salınması işğallara məruz qalması faktları bu gün də öz fəsadlarını göstərməkdədir. Amma tarix bütün ədalətsizliklərə qiymət verir və gec-tez haqsızlıq, ədalətsizlik öz qiymətini alır. Zəngəzurda baş vermiş ədalətsizliyin də mütləq aradan qaldırılacağına şübhə yoxdur. Azərbaycanlılar öz tarixi torpaqlarına qayıdacaq. Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə qeyd etdiyi kimi, Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verilməsi böyük ədalətsizlik idi. Artıq Zəngəzurun Azərbaycana, Azərbaycanın əsrarəngiz təbii gözəlliklərlə, zəngin təbii sərvətlərlə dolu Zəngəzur ellərinə qovuşmasına sayılı günlər qalıb. Vətən, Torpaq uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza şəfalar, Qazilərimizə zəfəriniz mübarək, Tanrı sizləri qorusun deyirik. Yurd-yuvalarına dönüş həsrətilə dünyadan köçən həmvətənlərimizə rəhmət, bu xoşbəxt günləri gözləyənlərə tezliklə vüsala yetmələrini diləyirik. Prezident və Ali Baş Komandanın siyasi iradəsi, Milli Ordumuzun şücaəti, döyüş ruhu, dövlət-xalq  birlik, bərabərliyi qələbəni, qurtuluşu, zəfər günlərini günbəgün yaxınlaşdırır.  Zəngəzur milyonlarla Azərbaycan türkünün torpağıdır. Bizim haqqımız var ki, öz babalarımızın torpaqlarına qayıdaq. Bu torpaqlar da ulu türk babalarımızın ruhu uyuyur. Biz öz Zəngəzurumuza qayıdacağıq və sahib çıxacağıq! Bu gün artıq çox yaxındadır.

Vəfa Bayramova-Həsən bəy Zərdabi muzeyinin direktoru

 

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

Torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını müzəffər ordumuzun döyüşçüləri düşməndən döyüş meydanında aldı.
Cənab Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, ”44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdı. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgər və zabitləri yüksək mənəvi ruh göstərmişdir.”
Fərəhimiz sonsuzdur. Çünki, müzəffər Azərbaycan xalqı özünü dünyada təsdiq etdi. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. Bu XXI əsrin müharibəsi idi. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə peşəkarlıq, məharət, güc, hərbi elm qoyuldu və istədiyimizə nail olduq, düşmən torpaqlarımızdan qovuldu, silah-sursatlarını qoyaraq qaçdılar.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Azərbaycanda ordu quruculuğu məsələləri daim nəzarətdədir. Rəşadəti ilə düşməni və onun havadarlarını vahiməyə salan yenilməz ordumuz bundan sonra da güclənəcək, hələ uzun illər dövlət rəhbərliyinin diqqət mərkəzində qalacaqdır. Artıq digər ölkələrlə yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır və yaxın müddət ərzində onların gətirilməsi də təmin ediləcəkdir. Vətən müharibəsi, eyni zamanda, ordunun gələcəkdə daha da təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha çevik, daha döyüşkən və ən müasir, daha modern ordunun yaranmasına gətirib çıxaracaqdır. 44 günlük Vətən müharibəsində parlaq qələbənin əldə olunmasında digər ordubirləşmələrimizlə yanaşı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin də rolu yüksək və danılmazdır.
Vətən müharibəsindəki qələbəmizə həsr olunan zəfər paradında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi bu 44 günlük döyüşün hər bir anı bizim şanlı tariximizdir.
Azərbaycan Prezidenti həmişə bəyan edib ki, ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcəkdir. Bunun üçün müxtəlif təxribatlara əl atan düşmən və sığındığı qüvvələr tərəfimizdən daim susdurulub. Artıq Azərbaycan öz dəmir yumruğunu düşmənin başına qətiyyətlə endirdi və dövlət başçısı xalqımızın tarixi zəfəri ilə öz sözünün sahibi olduğunu təsdiq etdi.
Yurdumuzun ərazi bütövlüyü təmin olundu. Xalqımız zəfər təntənəsini yaşayır və inanırıq ki, Azərbaycan bundan sonra daha da qüdrətlənəcəkdir.
Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunacaqdır

Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.
Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Məşğulluq proqramlarında bu kateqoriyadan olan şəxslərə üstünlük verilir. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.
Bu istiqamətdə aparılmış işlərdən biri də Xocasən qəsəbəsində yeni salınmış yaşayış kompleksidir. Kompleks 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Şəhid ailələri və Qarabağ qaziləri üçün inşa olunmuş bu kompleksdə rahat yaşamaq üçün bütün imkanlar var. Yuxarıda qeyd olunan rəqəmlər və görülmüş işlər rəhbərliyin xalqa olan diqqətinin bariz nümunəsidir.

Vəfa Xəlilli-Gəncliyə dəstək ictimai birliyin sədri

 

Şəhid ailələri və müharibə əlilləri dövlətin qayğısı altındadır.

Məlum olduğu kimi son 17 ilə yaxın zamanda Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Bu mənada şəhid  ailələrinin, müharibə  əlillərinin problemləri daim dövlətimizin  diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülməkdədir. Başqa sözlə, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlətimiz tərəfindən nəzərdə tutulmuş evlərin, habelə fərdi nəqliyyat vasitələrinin təqdim edilməsi üçün olduqca fəal işlər aparılır. Bu məqsədlərdən ötrü böyük vəsaitlər nəzərdə tutulur və dövlət büdcəmizin böyük hissəsi məhz sosial məsələlərin həlli istiqamətinə yönəldilir. Sosial xərclərin içində şəhid ailələrini,  müharibə veteranlarını, müharibə əlillərini əhatə edən olduqca böyük proqramlar icra olunub və olunmaqdadır. Bu istiqamətdə  diqqətçəkən məqam bir də ondan ibarətdir ki, həmin kateqoriyadan olan insanlara artıq özəl sektor da yaxından kömək edir, öz  vəsaitləri hesabına tikdirdikləri evlərdən, necə deyərlər, ürək genişliyi və böyük səmimiyyətlə  ehtiyacı olan həmən insanlara təqdim edirlər. Bu vəhdətin mövcudluğu və  gündən-günə daha da möhkəmklənməsinin nəticəsi olaraq dövlətimizin böyük iqtisadi potensialı yaranmış və nəzərdə tutulan bütün sosial layihələr uğurla yerinə yetirilir.  Başqa sözlə, güclü sosial siyasətimiz məhz güclü iqtisadi gücümüzə əsaslanır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir.

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmən üzərində şanlı qələbə qazandı. Bu qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. İşğalçı Ermənistan 44 günlük müharibədə böyük itkilərə məruz qaldı. Azərbaycan 44 gün ərzində XXI əsrin müharibəsini apararaq öz gücünü bütün dünyaya göstərdi. Son üç onillik ərzində Azərbaycan dövləti və xalqımız Ermənistanın ötən əsrin doqsanıncı illərinin əvvəllərində ölkəmizdəki hakimiyyət boşluğundan sui-istifadə edərək beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin iyirimi faizini öz nəzarəti altına keçirməsi faktı ilə heç vaxt barışmadı. Artıq tarixə dönən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması, işğal altındakı torpaqların geri qaytarılması həmişə Azərbaycanın gündəliyinin mərkəzində dayanırdı. Azərbaycanın ərazi bütövlüyü ötən 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, qarşı tərəfə hər hansı bir güzəşt edilmədi. Halbuki, biz bəhs olunan dövrdə ölkəmizə qarşı təzyiqlərin də, təhdid cəhdlərinin də şahidi olmuşuq.
Cənab Prezidentimiz İlham Əliyev özünə xas olan yüksək diplomatik məharətlə bütün bu kimi cəhdlərin qarşısını almağa və milli maraqlarımızı qətiyyətlə qorumağa nail oldu.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Şəhid ailələri və müharibə əlilləri dövlətin qayğısı altındadır

Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təsdiqləyir. Belə ki, 2021-ci ilin iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Həmin qəsəbədə 15 ədəd doqquzmərtəbəli bina inşa olunmaqla 810 mənzilli yeni yaşayış kompleksi salınmışdır. Burada 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu. Kompleksin ərazisində 140 yerlik uşaq bağçası da inşa olunub. Burada balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün geniş imkanlar var. Bağçanın qrup otaqları, musiqi və idman zalları uşaqların zövqünə uyğun yaradılıb. Burada uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək, həmçinin onların bacarıq və istedadlarını aşkarlamaq üçün hərtərəfli şərait yaradılmışdır. Bu kateqoriyadan olan insanların sosial şəraitlərinin daha da yaxşılaşdırılması daima dövlət rəhbərmizin diqqətindədir.

Nailə Əliyeva-Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycan xalqının maraqlarına cavab verən dövlət siyasəti

44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında dünyaya nümunə oldu. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Qarabağ müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qazı və hərbçilərimizə dərin ehtiramla ənənəvi olaraq diqqət və qayğısını göstərməkdədir. 2021-ci il iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi bu qayğının bariz nümunələrindən biridir. Bu dəfə 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu. Cənab prezidentimiz İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündəki çıxışında qeyd etdi ki, bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist, ən ədalətli siyasətdir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır, bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir. Bu, dövlət başçısının şəhid ailələrinə və qazilərimizə göstərdiyi daimi diqqət və qayğının növbəti bir nümunəsidir. Azərbaycan dövlətində son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir

Bu mübarizə azərbaycan xalqının torpaqlarını itirməsi ilə heç vaxt barışmayacağının sübutu idi. Azərbaycan Silahlı Qüvvələri 44 gün davam müharibə ərzində bir addım belə geri çəkilmədi və mübarizəsini davam etdirdi. Biz bu qələbəyə Azərbaycan şanlı Silahlı Qüvvələrinin, Azərbaycan rəhbərliyinin və xalqımızın birliyi hesabına nail olduq. Çətin relyef şəraitində düşmənə qarşı mübarizə aparan Müzəffər Azərbaycan Ordusu peşəkarlıq, məharət, güc və hərbi elm sahəsində düşməni torpaqlarımızdan qovmağa nail oldu. 27 sentyabr 2020-ci ildə başlanan və azərbaycanlıların qələbə coşğusu ilə davam edən, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin imzaladıqları təslimolma – kapitulyasiya sənədi ilə başa çatan İkinci Qarabağ –Vətən Müharibəsi azərbaycan xalqının, Azərbaycan dövlətinin, onun iqtisadiyyatının, daxili və xarici siyasətinin, hərbi qüdrətinin və beynəlxalq münasibətdə mövqeyinin vəhdətinin nəticəsi idi. Azərbaycan dövləti XXI əsrin müharibəsini apardı, hərb sənətinə, bunu seyr edən dövlətlərə, həbiçilərə böyük bir örnək və dərs vermiş oldu. Bu gün artıq dünyanın aparıcı hərb məktəblərində İkinci Qarabağ Müharibəsindəki uğurlu əməliyyatlar və şanlı qələbəmizin sirri öyrənilir. 44 günlük müharibənin gedişində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqı qarşısında vaxtaşırı çıxış etməsi, dünya dövlət rəhbərlərinə və mediyalarına beynəlxalq normalar çərçivəsində cavab verməsi, siyasi sabitlik və vətəndaş birliyinə nail olması, siyasi və beynəlxalq müstəvidə qələbənin Azərbaycan dövlətinin xeyrinə nəticələnməsini təmin etdi.

Ələkbər Kərimov – Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

Ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

Ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlığın inkişafını və  ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını hədəfləyir. Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əsası qoyulan  özünüməşğulluq proqramı hazırda ölkəmizdə uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərir. Təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir.  Ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlığın inkişafını və  ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını hədəfləyir. Əhalinin sosial cəhətdən həssas kəsimindən olan insanlara verilən müavinət və yardımların onların əmək bazarında məşğulluğunun təmin edilməsinə yönləndirilməsidir. Burada vacib nüanslardan biri də odur ki, dövlətin dəstəyi ilə əsasən sosial cəhətdən həssas şəxslərə və aztəminatlı ailələrə aktivlər ayıraraq onlar biznes mühitində daha dayanıqlı və gəlir gətirən sahələrə yönəldilir. Özünüməşğulluğun təşviqi ilə həmin şəxsləri yardım asılılığından azad edib uzun müddətdə maliyyə dayanıqlığını təmin etmək qarşıya qoyulan əsas məqsəddir. Özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanılmasında üstünlük verilən şəxslər vardır ki, bunlar da əsasən əhalinin həssas və sosial cəhətdən aztəminatlı qruplardır. Belə ki, qanunvericiliyə əsasən işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, və cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Bu qrupdan olan insanların özünüməşğulluq proqramı çərçivəsində şəxsi bizneslərinə start verərək maliyyə azadlığını təmin etməkləri layihə çərçivəsində nəzərdə tutulan hədəflərdən biridir. Bununla belə digər şəxslər kimlər ki, Dövlət Məşğulluq Agentliyinin yerli orqanlarında (şəhər, rayon məşğulluq mərkəzlərində) işsiz və işaxtaran kimi qeydiyyata alınan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malikdirlər, özünüməşğulluq proqramından faydalana bilərlər.

Təravət Eyvazova-Böyük Dəkkə kənd köpələr evi-uşaq bağçasının müdiri

 

Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu dövlət siyasəti onun layiqli davamçısı ölkə başçımız cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Beləliklə, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu siyasətin davamı olaraq, iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi və daha sonra onlarla görüş keçirməsini göstərmək olar. Görülmüş işlərin statistikasına nəzər saldıqda, əminliklə qeyd etmək olar ki, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə atılan addımlarla Azərbaycan dünyada nümunəvi ölkə statusundadır. Qısaca, Azərbaycan dövləti sosial təminat sahəsində çox genişmiqyaslı və düzgün siyasət aparır. İlk növbədə, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunur və vətəndaşlarımız arxalarında güclü Azərbaycan dövlətinin dayandığını dərk edirlər. Xüsusilə, həssas kateqoriyadan olan insanlar dövlət başçısının apardığı bu humanist siyasətin uğurlu nəticələrini gündəlik həyatlarında hiss edirlər. Bu baxımdan, vətəndaşlarımızın dövlətimizə inamı və etimadı ən yüksək səviyyədədir və bu inamı heç bir qüvvə sarsıda bilməz.

Aqil Məmmədov-gənc müəllim

 

Zəngəzur tarixi torpağımızdır və oraya qayıdacağıq

20-ci əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi var idi. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində Zəngəzurda 115 kənd yer üzündən silinmişdir. Erməni daşnaqları göztikdikləri doğma diyarımız olan Zəngəzrur XX əsrin 20-ci illərində riyakarcasına ələ keçirdilər. Bundan sonrakı dövrlərdə mənfr ermənilər Azərbaycan əhalisini öz doğma yurd-yuvasından qovmağa başladılar. 1947-1953-cü illərdə rəsmi olaraq başlanan zorla köçürmə siyasəti 1988-ci ildə davam etdirilərək Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə–indiki Ermənistan adlanan torpalarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra burada onlara məxsus yüzlərlə tarixi maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Bütövlükdə Azərbaycan, o cümlədən onun ayrılmaz hissəsi olmuş Qərbi Azərbaycan və onun Zəngəzur mahalı türk xalqlarının maddi-mədəniyyət qalıqları ilə zəngindir. Prezidentimiz cənab İlham Əliyev çıxışları zamanı deyib: “İndi isə yeni dövr başlayıb-quruculuq dövrü, postmünaqişə dövrü. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik.Cənab Prezidentimizin İyulun 7-də imzaladığım Fərman əsasında Şərqi Zəngəzur, Qarabağ iqtisadi zonası yaradıldı və bunulada Dağlıq Qarabağ ifadəsi tarixə gömüldü.

Həsən Abulov-Ağsaqqallar şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki