Zəngəzurda fermerlər yolu bağlayıblar.
Qanunla.Az erməni mətbuatına istinadən xəbər verir ki, kəndlilərin etiraz etməsinə səbəb bölgəyə suyun verilməməsidir.
Bildirilib ki, suvarma həyata keçirilə bilmədiyinə görə bitkilər quruyur və məhsul toplamaq olmur.
Üçmüədzin-Əştərək yolunu bağlayan fermerlər polis əməkdaşları ilə uzunmüddətli danışıqlardan sonra yolu açıblar. Kəndlilər problemin həllini tapmayacağı təqdirdə yenidən yolu bağlayacaqlarını bəyan ediblər.