image-qanunla-reklam
image-1666207864_77fbc55d-7955-31c3-877c-df9e255b99b6

Zəngilan şəhəri günü

image-lady-day-az

Zəngilan şəhəri günü

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın, Füzuli şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunub.

Zərdab rayon MKS-nin direktoru- Nailə Əliyeva

 

 

Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

İşğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinin miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Biz bu torpaqlarda Azərbaycan Prezidentinin böyük sürətlə apardığı misilsiz yeniliklərin sahidiyik. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük tikinti meydanına çevrilib. Xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər ucaldılır. Doğma yurd yerlərinə geri dönən soydaşlarımız üçün rahat həyat şəraiti yaradılıb, müasir xidmətlərə əlçatan, təhlükəsiz yaşayış, məşğulluq təmin edilib. əhər və kəndlərin tikintisi isə son texnologiyalardan istifadə edilməklə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun aparılır. Müasir dövrdə şəhər və kəndlərdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, informasiya texnologiyalarının tətbiqi və idarə olunmasının təmin edilməsi yaşayış məntəqələrində dayanıqlı inkişafın əsas prioritetlərindən biridir. Bu məqsədlə bir sıra layihələr həyata keçirilir. Onlardan biri də “ağıllı kənd” layihəsidir. “Birinci pilot layihə – “ağıllı kənd” Zəngilan rayonunun Ağalı kəndində reallaşıb. Bu konsepsiya orada məskunlaşan əhali üçün kifayət qədər üstünlüklər təklif edir. Onların həyatını asanlaşdırmaq, istehsal və xidmət sektorunda səmərəliliyi artırmaq üçün müasir texnologiyaların imkanlarından istifadə edilir. Yəni bu kənddə hər üç komponent – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda ağıllı təsərrüfat tətbiq edilir. Həm də əlverişli biznes mühiti yaradılır.

Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir. Göründüyü kimi, “ağıllı kənd” təkcə infrastruktur deyil, həm də yeni həyat tərzidir. Biz yeni texnologiyaları nə qədər tez mənimsəsək, bir o qədər sürətli inkişafımızı təmin etmiş olacağıq.

Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbin direktoru-Sabir Əhmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki