Yanvar ayının 24-də Zərdab Rayon İcra Hakimiyyətində Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Qanunla.az xəbər verir ki, ədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadə, başçının birinci müavini Ramo Hacıyev, Zərdab Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri, ağsaqqallar, ziyalılar iştirak ediblər. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək Rasim Hüsynovu 70 illik yubileyi münasibətilə təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir vətəndaşımıza, o cümlədən də ağsaqqallara göstərdikləri yüksək diqqət və qayğını xüsusi vurğulayıb. Sonra Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev tərəfindən ölkəmizin ictimai-siyasi həyatında və Zərdab Rayon Ağsaqqallar Şurasının fəaliyyətində xidmətlərinə görə təltif edilən yubilyara Fəxri Fərman və Rayon İcra Hakimiyyətinin hədiyyələrini təqdim edib. Ona gələcək fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Tədbirdə çıxış edən digər iştirakçılar Rasim müəllimə səmimi təbriklərini və ən xoş arzularını bildirərək, qeyd ediblər ki, pedaqoji və ictimai sahədə uzunmüddətli səmərəli fəaliyyəti ilə xalqımıza və dövlətimizə uğurla xidmət etmişdir. O, hazırda Zərdab Rayon Ağsaqqallar Şurasının sədri olaraq ağsaqqal, dəyərli ziyalı kimi rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirakı ilə cəmiyyətimizin inkişafında, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Rasim Hüseynov göstərilən yüksək diqqətə görə Rayon İcra Hakimiyyətinin Başçısına və Azərbaycan Ağsaqqallar Şurasının sədrinə, eləcə də onu təbrik edərək əməyini dəyərləndirən bütün tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib. Bundan sonra da fəaliyyətini yüksək səviyyədə davam etdirəcəyini bildirib. Sonda xatirə şəkli çəkdirilib.