image-970_50
image-243588406_2862840697313074_26632380868738230_n

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən Müharibəsi iştirakçısı Vüqar İsaqlı ilə evində görüş keçiriblər

image-728_90
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 27 Sentyabr Anım günü ilə bağlı rayon sakini, Vətən Müharibəsi iştirakçısı, düşmən üzərində möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vüqar İsaqlı ilə evində görüş keçiriblər.
Vüqar İsaqlı İkinci Qarabağ müharibəsində Xocavənd, Füzuli rayonları uğrunda gedən döyüşlərdə könüllü iştirak edib.
Vüqar İsaqlı Azərbaycan Respublikasının Xocavənd və Fizuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Torpaqlarımızın işğaldan azad olunması üçün göstərdiyi fədakarlığa görə Mərkəz əməkdaşları döyüşçüyə minnətdarlıq bildiriblər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, hərbi-diplomatik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğunu, otuz ilə yaxındır yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasına imkan yarandığı sevincini və qürur hissini məhz Şəhidlərimiz və qazilərimiz, eləcə qəhrəman əsgərlərimizin sayəsində yaşandığını qeyd edib. Könül xanım diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərirlər.
Vətən Müharibəsində fədakarlıq göstərən Vətən Müharibəsi iştirakçısı Vüqar İsaqlı dövlətimizin qüdrətlənməsi, ölkəmizin çiçəklənməsi, doğma Qarabağın dirçəlişi, xalqımızın rifahı naminə bundan sonra da böyük məsuliyyətlə çalışacaqını bildirib.
Vüqar İsaqlı dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiyini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə dərin minnətdarlıqını bildirdi.
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Bir 4 nəfər, ayaqüstə duran insanlar, açıq hava və bunu deyən yazı "REDMINOTE 9S AI QUAD CAMERA" şəkili ola bilər
Bir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "REDMI NOTE 9S Al QUAD CAMERA" şəkili ola bilər
Bir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "REDMI NOTE 9S Al QUAD CAMERA" şəkili ola bilər
Bir 4 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "REDMI NOTE 9S Al QUAD CAMERA" şəkili ola bilər
Bir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "REDMI NOTE 9S AI QUAD CAMERA" şəkili ola bilər
Bir 2 nəfər, oturan insanlar, içəridə və bunu deyən yazı "REDMI NOTE 9S AI QUAD CAMERA" şəkili ola bilər
image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki