image-970_50
image-218908282_2886273568262818_6521306283067554565_n

22 İyul Milli Mətbuat günü münasibətilə videokonfrans keçirilib-FOTOLAR

image-728_90

Zərdab rayon Heydər Əliyev Mərkəzinin, H.B.Zərdabi ev muzeyinin və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 22 İyul Milli Mətbuat günü münasibətilə videokonfrans keçirilib.

17 İyul 2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Zərdab rayon H.B.Zərdabi ev muzeyinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 22 İyul Milli Mətbuat günü münasibətilə “Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda Milli Mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı” mövzusunda ZOOM proqramı vasitəsilə videokonfrans keçirilib.
Videikonfransda deputat, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi Jalə Əliyeva, Həsən bəy Zərdabi İrs Mərkəzinin idarə heyətinin sədri Seymur Bayramov, Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Natavan Ağayeva, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Göyçay, Ucar, Zərdab rayon mədəniyyət müəssisələrinin, həmçinin Sumqayıt, Siyəzən, Hacıqabul, Qazax, Yardımlı, Kürdəmir, Sabirabad, Ağdaş, Zərdab rayon Heydər Əliyev Mərkəzlərinin direktor və əməkdaşları iştirak etdilər.
Videokonfrans iştirakçılarını salamlayan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova 146 il öncə Azərbaycan mətbuatının əsasının qoyulmasını milli düşüncə tarixinin şanlı səhifəsi və müstəqilliyə doğru yolun başlanğıcı kimi dəyərləndirib. Həsən bəy Zərdabinin doğma ana dilində nəşr etdirdiyi “Əkinçi”nin əsl milli demokratik və xalq mətbuatı nümunəsi olduğunu qeyd edən Könül Rəhimova Azərbaycan Xalq Cümhuriyyətini yaradan şəxslərin imzasının da ilk mətbuat nümunələrində yer almasını diqqətə çatdırdı.
Videokonfrans zamanı Zərdab rayon H.B.Zərdabi ev muzeyinə virtual ekskursiya təşkil olundu, Muzeyin direktoru Vəfa Bayramova böyük mütəfəkkir, təbiətşünas-alim, istedadlı publisist və Azərbaycan milli mətbuatının banisi H.B.Zərdabi haqqında videokonfrans iştirakçılarına ətraflı məlumat verdi. Vəfa xanım Zərdab rayonunda bu böyük dahinin adını daşıyan bir ünvanda fəaliyyət göstərən, 2005-ci ildə yaradılan bu muzeydə böyük mütəfəkkirin ailəsinə, qohumlarına aid əşyalar toplandığını videokonfrans iştirakçılarının diqqətinə çatdırdı. Burada hələ çox qədim zamanlarda Zərdabi nəslinin istifadə etdiyi məişət avadanlıqları da qorunur. Həm tarixilik baxımından, həm də Zərdabilərə məxsus olduğundan diqqət çəkir: cəhrə, yun darağı, güyüm, nehrə, samovar və s. Muzeydə Zərdabinin əlyazmaları və “Əkinçi” qəzetinin bir neçə nüsxəsi də saxlanılır. O cümlədən, Zərdabinin ailəsinə, yaxın qohumlarına məxsus şəkillər də divarları bəzəyir. Muzeyin həyətində Zərdabinin abidəsi var. Buraya gələnlər böyük şəxsiyyətin büstü önünə gül dəstələri qoyaraq müzeyə daxil olurlar. Buradakı eksponatların arasında qədim bir lampa var. Deyilənə görə, uzun illər bu lampanın saldığı işıq altında Zərdabi “Əkinçi” üçün məqalələr yazıb. Burada, həmçinin Zərdabinin yaşadıgı dövrü, onun həyatını, fəaliyyətini əks etdirən fotoşəkil və sənədlər toplanılıb. –deyə Vəfa xanım qeyd etdi.
Videokonfransda Milli Məclisin deputatı, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi Jalə Əliyeva çıxış edərək əvvəlcə Milli Mətbuat Gününün tarixi haqqında məlumat verdi. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Həmçinin 1990- cı ilin bu günü Azərbaycan mətbuatının hamisi, xalqımızın ümummilli lideri Heydər Əliyev Moskvadan ata yurdu olan Naxçıvana qayıtdı. Bununla da Azərbaycanın ikinci dəfə müstəqilliyi uğrunda mübarizənin əsası qoyuldu. Ölkəmizin ikinci dəfə müstəqillik qazanması mətbuatı da öz azadlığına qovuşdurdu. Azərbaycan mətbuatının müstəqilliyimizin qazanılmasında və onun qorunub saxlanılmasında əvəzsiz xidmətləri olub. Bu gün respublikamızda bütün sahələrdə inkişaf gedir, mətbuata və orda çalışan gənclərə qayğı xüsusilə diqqət mərkəzində saxlanılır.
Çıxışına davam edən Jalə xanım bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan mətbuatının yeni inkişaf mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Həsən bəy Zərdabi İrs Mərkəzinin idarə heyətinin sədri Seymur Bayramov qeyd edib ki, ulu öndər hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mediada qaldırılan məsələlərə həssaslıqla yanaşıb. Seymur Bayramov bildirib ki, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyev mətbuatın dostu olaraq ictimai rəyin vacib aləti olan medianın çoxşaxəli fəaliyyəti üçün bütün imkanların yaradılmasını təmin edib.
Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxışında 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini və bütün videokonfrans iştirakçılarını təbrik etdi. Ceyhunə xanım vurğuladı ki, Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Qeyd etdi ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti var. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrünə təsadüf edir. Bu gün Azərbaycan Prezidenti bu siyasəti uğurla davam etdirir. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir.
Həsən bəy Zərdabi ev muzeyinin direktoru Vəfa Bayramova Azərbaycan jurnalistikasının 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olunduğunu, media monolit komanda kimi prosesdə aktiv iştirak etdiyini, torpaqlarımızın erməni işağlından azad olunması uğrunda gedən döyüşlər zamanı öz vəzifəsinin öhdəsindən layiqincə gəldiklərini xüsusi olaraq öz çıxışında qeyd etdi.
Zəfər sevincini kütləvi informasiya vasitələri qürurla, ən isti sözlərlə cəmiyyətə çatdırdı. Şəhidlərimizin, qazilərimizin igidliyindən xüsusi yazılar, televerilişlər hazırlayıb, onları xalqa çatdırmaq üçün peşə fəaliyyətlərini şərəflə yerinə yetirdilər.
Videokonfransda digər çixiş edənlər mətbuatımızın ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər.
Bir 1 kişi görseli olabilir
Bir 1 kişi, ekran ve yazı görseli olabilir
Bir 2 kişi görseli olabilir
Bir 1 kişi ve yazı görseli olabilir
Bir 3 kişi ve yazı görseli olabilir
Bir 4 kişi ve yazı görseli olabilir
Bir 3 kişi ve şunu diyen bir yazı 'Yaqub Yusupov Heydar Aliyev Markazi Zardab İxtiyar İxtiyarİsayev İsayev Elyura Memmedova' görseli olabilir
Bir 4 kişi ve şunu diyen bir yazı 'Qazax Heydar aliyev Markazi Heydar aliyev Markazi Zardab Seymur Bayramov Natavan NatavanAğayeva Ağayeva' görseli olabilir
Bir 4 kişi ve yazı görseli olabilir
Bir 4 kişi ve yazı görseli olabilir
Bir 2 kişi, ekran ve yazı görseli olabilir
image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki