image-qanunla-reklam
image-1635177887_media-248396702_2881312978799179_5254533839221876525_n-76285p0x31g9iqbyvroz

Zərdab rayon mədəniyyət müəssisələrinin bir qrup əməkdaşı Nizami Gəncəvinin Məqbərəsini və Nicami Gəncəvi muzeyini ziyarət edidlər

image-lady-day-az
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin təşkilatçılığı ilə 23.10.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon mədəniyyət müəssisələrinin bir qrup əməkdaşı “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Gəncə şəhərində yerləşən Nizami Gəncəvinin Məqbərəsini və Nicami Gəncəvi muzeyini ziyarət etdilər.
Daha sonra mədəniyyət müəssisələrinin əməkdaşları 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd edilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən Vətən müharibəsinin ildönümü ilə əlaqədar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan əraziləri ziyarət ediblər.
Ziyarətçilər günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub. Mədəniyyət müəssisələrinin əməkdaşları erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki