image-qanunla-reklam
image-739c01f1a7d8188ccb4b7ab43ab566cd

Zərdab şəhəri ərazisində abadlıq və quruculuq işləri davam etdirilir

image-lady-day-az

Zərdab şəhəri ərazisində həyata keçirilən təmir, tikinti, abadlıq və quruculuq işləri davam etdirilir.

Qanunla.az xəəbər verir ki, bu işlər çərçivəsində şəhərin küçələrində asfaltlaşdırma, işıqlandırma, səkilərin təmiri işləri həyata keçirilir. Şəhərin C.Şamilov, V.Rəhimov, Ç.Qasımov, B.Məmmədov, N.Hikmət və Neftçi küçələrində müasir elektrik dirəkləri quraşdırılaraq sakinlərin istifadəsinə veriləcəkdir. Artıq işlərə start verilmişdir. Eyni zamanda E.Şahmurov, V.Rəhimov, Q.Qarayev, M.Hüseynzadə, Ş.Ələkbərova, R.Məlikov, Cavadxan küçələrinə, əlavə olaraq S.Abdullayev küçəsində 1, Füzuli küçəsində isə 2 dalana asfalt örtüyü vurulmuşdur. Hazırda B.Allahverdiyev və M.İsgəndərov küçələrində asfaltlanma işləri aparılır. Heydər Əliyev prospekti və 20 yanvar küçəsində yararsız hala düşən səkilərdə əsaslı təmir işlərinə başlanılmışdır. Rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən Azərbaycan küçəsində yerləşən 10-cu məhəllədə insanlarının asudə vaxtlarını səmərəli keçirməsi üçün “Nümunəvi məhəllə” salınması üçün işlərə start verilmişdir. Məhəllədə müasir üslubda söhbətgah, uşaq-əyləncə qurğuları, oturacaqlar, tullantı qabları quraşdırılacaq, yaşıllıqlar salınaraq sakinlərin istifadəsinə veriləcəkdir. Şəhər ərazisində məişət tullantılarının atılması üçün xüsusi yerlər tikilərək tullantı qabları qoyulmuşdur. Onların 2-si sakinlərin istifadəsinə verilmiş, əlavə olaraq iki yerdə işlər davam etdirilir.

image-739c01f1a7d8188ccb4b7ab43ab566cdimage-e29e401d67d5319725723979fc9e05d5image-d56bff04bc17a6152d13a2dcb5a61f31image-5e469e9483b66ee4780e542b3c26c873image-13b16d262ea1b1c403603a54f3c67c5eimage-ec6461d5fa74df48b4e6842aafc55a13image-02b189e1aad451c93aa1214be31fae1eimage-5c6526f0d5ca51ca52739fc8e95ab12cimage-087169c424c18f65135b54de5b1bb12bimage-a3485e663a4a696b2938806cbd4b971c


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki