image-qanunla-reklam
image-img-20241107-wa0018

Zərdab Su Meliorasiya Sistemlərinin İstismari İdarəsində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi-FOTO

image-lady-day-az

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsi Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.

Qanunla.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir idarədə çalışan şəhid ailə üzvüləri, birinci Qarabağ veteranlarının və 44 günlük müharibə iştirakçılarının iştirakı ilə baş tutumuşdur.
Tədbiri giriş sözü ilə açan Zərdab SMSİİ-nin rəisi Peyman Sadiqi Vətən müharibəsində qazanılmış Qələbənin 4-cü il dönümünə həsr olunmuş tədbirin həm də müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyini, Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan ordusunun qazandığı tarixi qələbədən söhbət açıb. İkinci Qarabağ müharibəsində əldə olunmuş zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını diqqətə çatdırıb.Qarabağın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində xalqımızın Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd etdiyini söyləyib.

Daha sonra şəhid ailə üzvülərinə və veteranlara söz verilib.Şəhid ailələri Dövlət başçısına və digər qurumların rəhbərlərinə göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Bundan başqa idarədə çalışan Şəhid ailə üzvülərinə, birinci Qarabağ veteranlarına və 44 günlük müharibə iştirakçılarına “Vətən Sizə minnətdardır” adlı təltif diplomu və pul mükafatı verilmişdir.
Qeyd edək ki, idarədə 8 nəfər şəhid ailə üzvüləri, 42 nəfər Qarabağ veteranı və qazisi çalışır.

image-img-20241107-wa0021 image-img-20241107-wa0019 image-img-20241107-wa0020 image-img-20241107-wa0022 image-img-20241107-wa0023 image-img-20241107-wa0024 image-img-20241107-wa0018


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki