image-qanunla-reklam
image-292712456_721930979109849_8671113706400551615_n

Zərdabda 14 iyul Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi gün ilə bağlı tədbir keçirilib-FOTO

image-lady-day-az
Zərdabda 14 iyul Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi gün ilə bağlı tədbir keçirilib.
Tədbirdə Rayon icra hakimiyyəti başçısının müavinləri Rəhman Feyzullayev, Xəyalə Veyisova,Pərvin Mahmudova, YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev , Gənclər və idman idarəsinin rəisi Ələkbər Kərimov , İcra Aparatının məsul şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Rayonun mərkəzində ucaldılan Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb,sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.
Tədbirdə İcra başçısının birinci müavini Rəhman Feyzullayev Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından geniş bəhs edib.

O, bildirib ki,dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.

Ancaq ulu öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.İlk olaraq o, öz həyatının, ömrünün tarixini yaradıb. Əgər ulu öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi.

Heydər Əliyevin şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi sonrakı zamanların uğurları qazanılmazdı. Rəhbərin həyatının səhifələri qeyri-adi, çoxlarına mümkünsüz görünən, qəhrəmanlara xas olan hadisələrlə xarakterikdir. Sovetlər dövründə milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da bu sistemdə şərəfli həyat yolu keçib, öz fəaliyyəti, çoxlarına xas olmayan xeyirxahlığı, vətənpərvərliyi ilə şəxsiyyətini tarixiləşdirib.

Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çox yazılıb, bundan sonra daha çox yazılacaqdır. Ancaq bu həyatın tarixi məqamlarını dönə-dönə insanlara çatdırmaq, qələmə almaq vətəndaşlıq borcu olmaqla bərabər həm də gələcək nəsillərə bir nümunədir.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: “İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq”.

Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin – Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.

Qanunla.Az   Vüqar Rəhimov

image-292712456_721930979109849_8671113706400551615_nimage-292768053_365907272321895_5935178185777177492_nimage-293065634_451054586547638_4890411501063503936_nimage-292782101_849313446456585_8788254538501991485_nimage-293047275_553683282972008_2328309582111859788_nimage-292919072_1455157644941552_4838416690889128736_nimage-293781005_1427084351134629_2915198137979761706_nimage-293170932_579727193673531_4213634069529363980_nimage-292982083_722153235667303_1056319385341026868_nimage-293088241_420585086665537_4512165232765834908_nimage-293262358_740816943833278_481258504076055245_nimage-293060448_766497171466333_3641974573851422783_nimage-292884356_758927638754577_4984860884924155873_nimage-293194349_1126815291235828_2449162436410527217_nimage-292894292_582418010127954_5895905003025361446_nimage-293238189_989432611749306_2211831856062648424_nimage-292949942_369793168616604_2312497538870670063_nimage-293514961_7887056414668949_4159961260606021136_nimage-293505258_564311428557328_2321468148820449705_nimage-293475693_5241263002655267_3239579524939148479_nimage-293004019_761715041622530_4786222922654490153_nimage-293272647_436731568141688_8458462811259368157_n image-293505258_564311428557328_2321468148820449705_nimage-293695382_1514035528994659_6300182001371502776_nimage-293279361_373280761608766_8969154103171019232_nimage-293526698_773894553800489_553039071774406608_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki