image-970_50
image-199341871_969615320465795_8096637442180114243_n

Zərdabda 15 iyun-Milli Qurtuluş günü qeyd edilib-FOTOLAR

image-728_90

 

Zərdabda 15 iyun-Milli Qurtuluş günü qeyd edilib.

Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə,Millət vəkili Jalə Əliyeva,icra hakimiyyətinin məsul işçiləri, rayonunun hüquq-mühafizə orqanlarının işçiləri Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Qanunla.Az xəbər verir ki,daha sonra Zərdab şəhəri ərazisində inşa olunmuş abad məhəllənin açılışı olub.Şəhərin Azərbaycan küçəsi istiqamətində, 10-cu məhəllədə inşa olunan sahəsi 0.54 ha olan abad məhəllənin tikintisinə cari ilin aprel ayında başlanılmış və iyun ayında yüksək keyfiyyətlə başa çatdırılmışdır. Abad məhəllədə 1600 kv.metr sahəyə dekorativ tamet tavalar vurulmuş, 400 p/m bardyur düzülmüşdür. Sakinlərin istirahəti üçün 4 ədəd kölgəlik, 10 ədəd dekorativ oturacaqlar quraşdırılmış, diametri 10 metr olan aqlay tavalarla üzlənmiş dairəvi formalı oturacaq inşa edilmişdir. 2 ədəd əyləncə qurğuları hazırlanaraq uşaqların istifadəsinə verilmişdir. Ərazidə 2000 kv.metr sahədə yaşıllıq zonası salınmış, 100 ədəd həmişəyaşıl ağaclar əkilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək qeyd edib ki, hər bir xalqın taleyində xüsusi önəm daşıyan hadisələr və tarixi faktlar olur. 15 İyun – Milli Qurtuluş günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Məlumdur ki, çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin üzərinə düşür. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan Ulu öndər, Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya qayıdaraq Milli Qurtuluş tariximizin başlanğıcını yazıb. Heydər Əliyev ideyalarının əhəmiyyətini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı ümummilli liderin siyasətinin Prezident İlham Əliyev cənabları tərəfindən bu gün də qətiyyətlə davam etdirildiyini bildirib, respublikamızda qazanılan nailiyyətlərdən danışıb və Zərdablılar həmişə prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşdiyini vurğulayıb.

Millət vəkili Jalə Əliyeva tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edib.Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs edib.Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Jalə Əliyeva onuda qeyd edib ki,Zərdab rayonunda gedən abadlıq işləri  ölkədə görülən böyük  işlərin nümunəsidir.Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqil dövlət olaraq  dünya birliyi ölkələri sırasında  dinamik  inkişaf edərək, qazandığı uğurlarla regionun söz sahibi olan  güclü  dövlətə çevrilmişdir.
Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Heydər Əliyevin xilas etdiyi müstəqil  Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır.

Zərdab rayon sakinləri görülən işlərə görə,icra başçısı Mərdan Camalzadəyə öz təşəkkürlərini bildirib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Bir açıq Havada və ağac şəkili ola bilər

Bir açıq Havada və ağac şəkili ola bilər

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Qanunla.Az

Vüqar Rəhimov

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki