image-qanunla-reklam
image-32762351_1706283006131399_2398807404536922112_n

Zərdabda abadlıq-quruculuq işləri geniş vüsət alıb-FOTOLAR

image-lady-day-az

Ölkə başçısı İlham Əliyev cənablarının tapşırıqlarına müvafiq olaraq,  “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində və həyata keçirilən investisiya layihələri çərçivəsində Zərdab şəhərinin  siması əsaslı şəkiildə dəyişmişdir.

Qanunla.Az xəbər verir ki,xüsusən iki ilə yaxın müddət ərzində Zərdab şəhərində tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülüb. Bu günləridə bu abadlaşma prosesinin davamlı olaraq aparılmasının şahidiyik. Zərdab şəhər Azərbaycan küçəsi istiqamətində 1450 metr məsafədə səkilərə 5400 kv.metr dekorativ tamet tavaların vurulması və 2270 metr beton bardyurun düzülməsi nəzərdə tutulmuşdur.Hazırda səkilərə 1200 kv.metr dekorativ tamet tavalar vurulmuş,500 metr uzunluğunda beton bardyurlər düzülmüş,səki yanlarına 12 kub.metr beton bardyur quraşdırılmışdır.Hal-hazırda işlər sürətlə və keyfiyyətlə aparılır.

Dədə Qorqud meydanı istiqamətində 1260 metr 37 ədəd müasir tirli 3 lampalı işıq dirəkləri quraşdırılmışdır.Eyni zamanda Dədə Qorqud meydanının işıqlandırılması üçün işıq dirəkləri quraşdırılmışdır.Bu istiqamətdə işlər davam etdiriləçəkdir.

Bu tərəqqiyönümlü proseslərin ardıcıllığı onu göstərir ki, Zərdab şəhərində  abadlıq və quruculuq işləri sürətlə inkişaf edir, sakinlərin vaxtlarının səmərəli keçməsi üçün hərcür şəraitlər yaradılır. Və, bu da Zərdab şəhərinin daha da müasir, modern inkişaf etmiş Zərdaba çevirir.Şəhəri  bucür görmək ilk əvvəl şəhər sakinlərinin ən böyük arzusudir. Ona görə də görülən hər bir iş sakinlər tərəfindən də məmnunluq hissi ilə qarşılanır. İlk olaraq Zərdablılar  cənab Prezident İlham Əliyevə və rayon rəhbərliyinə, tərəqqiyönümlü işlərdə zəhməti olan hər kəsə dərin minnətdarlıqlarıını bildirirlər. Əlbəttə ki, bütün görülən işlərin fonunda Prezident İham Əliyevin xalqa qayğısı, diqqəti dayanır.

Məhz ona görə də hər il ölkə başçısının sərəncamından dolayı “Azərbaycan Respublikası Regionlarının Sosial -İqtisadi İnkişafı Dövlət  Proqramı”  həyata keçirilir. Və,  bu Dövlət Proqramın  icrası isə icraedici orqanların üzərinə böyük bir məsuliyyət qoyur. Göründüyü kimi də rayon rəhbərliyi və ona tabeli qurumlar bu sahədə işlərin daha səmərəli və keyfiyyətli olması üçün bütün güclərini şəhərin tərəqqisinə səfərbər ediblər.

image-242654715_413495573616975_8181268303615263486_n

image-241636281_1215935452249142_816348543163643734_n

image-241639975_243591360997971_2231441823053326394_n

image-241638132_2984929251727622_5597625806170898997_n

image-241628788_149964713979408_6942702701989840644_n

image-241628776_4303972326360952_3890793496593024658_n

image-241677594_866096314345220_5502927053189574050_n

image-241684634_892505311649064_5070718200530254868_n

image-241324517_1091816961627764_5614232643251698455_n

image-241627241_4916320965062395_4849015542496627838_n

image-241632623_281760453415437_4488735582631330157_n

image-241665638_260789382533386_8225833183738867356_n

image-241681892_184487837120731_4493437177076919819_n

image-241683227_362849462155150_3577905062457151743_n

image-241687235_222053729966454_1541977425826233942_n

Vüqar Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki