image-qanunla-reklam
image-1590489401_unnamed

Zərdabda abadlıq-quruculuq işləri geniş vüsət alıb-FOTOLAR+VİDEO

image-lady-day-az

Zərdab şəhərində bir neçə ay bundan əvvəl başlanan tikinti-quruculuq və abadlıq işləri davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Zərdab rayonuna 2019-cu il noyabrın 12-si icra başçısı təyin olunan Mərdan Talıb oğlu Camalov qısa müddət ərzində rayonda böyük işlərə imza atmışdır.
Qanunla.Az saytının əməkdaşları rayonda qısa bir araşdırma aparıb.Araşdırma nəticəsində İcra hakimiyyətinin başçısı Mərdan Camalovun rəhbərliyi altında qısa müddət ərzində rayonda böyük işlər görüldüyü ortaya çıxmışdır.
Zərdab rayonunda 6 ay ərzində görülən işləri sizlərə təqdim edirik:
Heydər Əliyev prospektində səkilərə dekorativ tamet tavalar, beton bardürlər düzülüb. Yağış sularının axıdılması üçün beton kanalların tikintisi başa çatdırılıb. Sahəyə münbit torpaq daşınaraq yaşıllıq zolağı salınıb, müxtəlif növ şam ağacları və güllər əkilib. Heydər Əliyev parkında suvarma işləri üçün 650 metr uzunluğunda su xətti çəkilib, habelə 1200 metr su xətti təmir edilib.



Uzun illər təmirsiz qalan Həsən bəy Zərdabi parkında cari ilin yanvarından əsaslı təmir və yenidənqurma işləri başlanmış və may ayında yekunlaşmışdır.Parkın ərazisində fəvvarə kompleksinin, eni 6, hündürlüyü 3,5 metr olan giriş tağının, uşaq əyləncə mərkəzinin, Həsən bəy Zərdabinin abidəsinin əhatə etdiyi sahənin tikintisi yüksək keyfiyyətlə aparılıb. Ərazidəki təmir işlərində mərmər plitə, dekorativ tamet və aqlay tavalardan istifadə olunub. Uşaq əyləncə mərkəzində əyləncə qurğularının quraşdırılması işləri aparılıb.Sahəyə münbit torpaq daşınıb, müxtəlif növ şam ağacları əkilib. O cümlədən, parkın işıqlandırılması üçün yeraltı kabel xətlərinin quraşdırılması işləri aparılıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97 illiyi münasibətilə may ayının 10-da Həsən bəy Zərdabinin adını daşıyan parkın karantin qaydaları nəzərə alınmaqla açılışı olmuşdur. Həsən bəy Zərdabinin adını daşıyan parkda istirahət edən sakinlər Zərdab rayon İcra Başçısı Mərdan Camalovun rayonda gördüyü işlərdən öz razılıqlarını bildirirlər.




Əvvəllər Zərdab rayonun küçələri qaranlığa qərq olmuşdu. Dəfələrlə sakinlərin müraciətlərinə baxmayaraq küçənin işıqlandırilması məsələsi həllini tapmamışdır.Mərdan Camalov Zərdab rayonuna İcra Başçısı təyin olunduqdan sonra ilk gördüyü işlərdən biri LED lampalarla küçələrin işıqlandırılması oldu.

Azərbaycan küçəsində yerləşən uzun illər yararsız qalmış,çoxmənzilli yaşayış binalarının qarşısına yeni asfalt örtüyü çəkilmişdir.Sakinlərin böyük probleminə çevrilmiş yararsız kanalizasiya quyusu, yenidən qazılıb təmir olunub sakinlərin ixtiyarına verilmişdir.

Füzuli küçəsində və “ Dörd yol” adlanan ərazidə uzun illərdir sakinlərin böyük probleminə çevrilmiş kanalizasiya quyusunun tikintisi davam etdirilir.


Zərdab rayonunda 4 kəndi – Gəlmə, Yediyarlı, Əlibəyli və Allahqulubağı kəndlərini birləşdirən yeni yola asafalt örtüyünün çəkilişi davam etdirilir. Bu kəndlərin sakinləri uzun illər rayon mərkəzinə gedib-gəlmək üçün əziyyət çəkirdilər. Yayda tozdan, qışda palçıqdan bu yolla getmək əhali üçün çox böyük problem yaradırdı.

Bundan başqa rayonun bir çox küçələrində yeni asfalt örtüyü çəkilib sakinlərin istifadəsinə verilmişdir.



Müqəddəs Ramazan ayında Mərdan Camalovun təşəbbüsü ilə 500 aztəminatlı ailələyə ərzaq və gündəlik tələbat məhsulları yardımı edilmişdir.

Şübhə yoxdur ki, bu xeyirxah işlər gələcəkdə də davam etdiriləcəkdir.Rayon sakinləri görülən işlərə görə icra başçısına minnətdarlıqlarını bildiriblər.

Vüqar Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki