Zərdabda abadlıq və quruculuq işləri geniş vüsət alıb.
Ölkə başçısı Ilham Əliyev cənablarının sərəncamına əsasən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində nəyinki respublikamızın bölgələrində o, cümlədən də Zərdab şəhərində də genişmiqyaslı quruculuq işləri həyata keçirilir.
Qanunla.Az xəbər verir ki, Zərdab rayon İcra Hakimiyyəti də, dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Bu baxımdan Zərdab rayonun C.Şamilov, V.Rəhimov, Ç.Qasımov , B.Məmmədov, Nazim Hikmət və Neftçi küçələrində müasir elektrik dirəkləri quraşdırılaraq sakinlərin istifadəsinə veriləcəkdir.Artiq İlkin işlərə start verilib.Qumlu yaşayış massivində işlərin həftənin sonuna qədər yekunlaşması nəzərdə tutulmuşdur.
Ümumiyyətlə son zamanlar Zərdab şəhəri ərazisində həyata keçirilən təmir, tikinti, abadlıq və quruculuq işlər çərçivəsində şəhərin küçələrində asfaltlaşdırma, işıqlandırma, səkilərin təmiri işləri həyata keçirilir.
Qanunla.Az Vüqar Rəhimov