“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə bağlı Zərdab rayonu ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında rayon icra hakimiyyəti tərəfindən payız mövsümündə ağacəkmə aksiyalarının keçirilməsi, müxtəlif növ ağac və kolların əkilməsi nəzərdə tutulmuşdur.
Qanunla.Az xəbər verir ki, 14 oktyabr 2024-cü il tarixdə rayon ərazisində bu işlərə start verilmişdir. Bu gün təşkil olunan ağacəkmə aksiyasında rayon rəhbəri Mərdan Camalzadə, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Gün ərzində Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunun kənarında 400 ədəd müxtəlif növ ağaclar əkilmiş, onlara aqrotexniki qulluq göstərilmişdir.
Bu istiqamətdə işlər davam etdiriləcəkdir.