image-qanunla-reklam
image-fb_img_1726477364161

Zərdabda “Bilik günü” münasibətilə tədbir keçirilib -FOTO

image-lady-day-az

“Bilik günü” münasibətilə Pərvanlı kənd tam orta məkətbində keçirilən tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Təhsil Sektorunun müdiri, valideynlər, məktəbin müəllim-şagird kollektivi iştirak edib.
İlk öncə Dövlət himnin səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qanunla.Az  xəbər verir ki, tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, təhsilə və təhsil işçilərinə göstərilən böyük diqqət və qayğıdan, həmçinin hər il yeni-yeni məktəblərin tikilməsindən, təhsilin maddi-texniki bazasının və infrastrukturunun yenilənməsindən danışıb.
Tədbirdə digər çıxış edənlər “Bilik günü” münasibətilə məktəb kollektivini, şagirdləri təbrik edib, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra məktəblilərin iştirakı ilə kompazisiya nümayiş olunub, “İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanılıb.

image-fb_img_1726477364161 image-fb_img_1726477360916 image-fb_img_1726477357301 image-fb_img_1726477366792 image-fb_img_1726477369384 image-fb_img_1726477372426 image-fb_img_1726477374976 image-fb_img_1726477377486


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki