image-970_50
image-img_20210502_105046

Zərdabda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan növbəti onlayn məşğələ keçirilib-FOTO

image-728_90

Zərdab rayon Heydər Əliyev mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan növbəti onlayn məşğələ keçirilib.

Heydər Əliyev-98
“Heydər Əliyev irsi vətənpərvərlik tərbiyəsi məktəbidir” onlayn məşğələ.

Zərdab rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Gənc Heydər Əliyevçilər” məktəbinin şagirdlərinə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan növbəti onlayn məşğələ keçirilib.
01.05.2021-ci il tarixdə “Heydər Əliyev irsi vətənpərvərlik tərbiyəsi məktəbidir” mövzusuna həsr olunmuş məşğələdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək vurğulayıb ki, xalqımız ən ağır, çətin məqamlarda milli mənsubiyyəti ilə qürur duyan, azərbaycançılıq ideologiyasının kamil daşıyıcısı, ömrünü xalqının xoşbəxt və firavan gələcəyinə həsr edən ümummilli liderin ətrafında bir yumruq kimi birləşməklə möhtəşəm tarixi nailiyyətlərə imza atıb. Natiq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaranıb, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verib.
“Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir”- deyə Könül xanım məruzəsində səsləndirib.
Məruzəçi qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Onlayn məşğələnin sonunda şagirdlər dünya liderlərinin Heydər Əliyev haqqında olan fikirlərini səsləndirdilər, ümumilli liderə ithaf olunan şeirlər söylədilər.
Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu məşğələlər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

image-fb_img_1619938298576image-fb_img_1619938302525 image-fb_img_1619938305301 image-fb_img_1619938312082 image-fb_img_1619938314396 image-fb_img_1619938317327 image-fb_img_1619938320614 image-fb_img_1619938326010 image-fb_img_1619938328607 image-fb_img_1619938349316

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki