image-qanunla-reklam
image-1618483650-z

Zərdabda koronavirus xəstəsi saxlanıldı

image-lady-day-az

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, Zərdab rayon sakini Məzahir Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

M.Məmmədovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki