image-970_50
image-img-20211024-wa0024

Zərdabda layihə çərçivəsində könüllülər tərəfindən şəhid ailələri ziyarət olundu

image-728_90

Zərdabda layihə çərçivəsində könüllülər tərəfindən şəhid ailələri ziyarət olundu

“Region könüllüləri hərəkatında yeni mərhələ” adlı layihə çərçivəsində gənc könüllülər tərəfindən şəhid ailələri ziyarət olundu. Layihə “Gəncliyə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
Layihənin iştirakçısı olmuş bir qrup gənc könüllülər Praktik Fəaliyyət zamanı ilk öncə Zərdab Şəhidi Anar Məmmədzadə`nin ailəsini ziyarət etdi, II Qarabağ müharibəsində şəhid olmuş Anar Məmmədzadənin evində foto sərgisi ilə tanış oldular.
Şəhidlərimizin cəsurluğu mərdliyindən bəhs edildi. Xüsusilə qeyd olundu ki, vətən üçün canından keçməyə könüllü olan şəhidlərimizin comərdliyi hər bir gəncə nümunə olmalıdır.
Gənc könüllülərlə birgə həm də Zərdabın ilk şəhidi Samir Abdullayevin evi ziyarət olundu. I Qarabağ müharibəsində şəhid olmuş Samir Abdullayevin anası ilə həmsöhbət olan gənc könüllülər həm sosial xidmət sahəsində əldə etdikləri bilikləri praktikada həyata keçirməyə, həm də vətənpərvərliyin ən dərin hislərdən biri olduğunu bilməyə təşviq olundular.
Layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir. Eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək və bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-img-20211024-wa0023 image-img-20211024-wa0021image-img-20211024-wa0022image-img-20211024-wa0024 image-img-20211024-wa0026

image-img-20211024-wa0025

image-248265726_285881880204688_8997891381513599029_nimage-247738329_944444496154946_1560101863570475244_n

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki