image-970_50
image-246935070_996071324310433_6514983381909601612_n

Zərdabda mayor Rəhim Hüseynovun ildönümü qeyd olunub-FOTOLAR

image-suni_mayalanma_qiymeti

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Zərdab rayon Gəlmə kənd sakini mayor Rəhim Qədir oğlu Hüseynovun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.

Qanunla.Az xəbər verir ki, şəhidin ildönümündə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,Millət vəkili Jalə Əliyeva,RIH-nin başçının müavinləri Pərvin Mahmudova,Xəyalə Veyisova,hüquq mühafizə orqanlarının rəhbərləri,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi polkovnik leytenant Asif Əhədov,şəhidin ailə üzvləri və kənd sakinləri rayonun Gəlmə kəndində şəhidlərimizin xatirəsinə ucaldılan abidəni ziyarət edib, üzərinə çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə şəhidin ailəsini ziyarət edibərək,baş sağlığı verib,Allahdan şəhidlərimizə rəhmət,qazilərimizə can sağlığı diləyib.

İcra başçısı bildirib ki,bu gün cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən humanitar siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda əbədi yaşayacaqlar.

Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.

Qeyd edək ki, Hüseynov Rəhim Qədir oğlu 1984-cü ilin iyun ayının 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olmuşdur. 1990-cı ildə Zərdab rayonunun M.F.Axundov adına Gəlmə kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 1998-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, akademiyanı Fərqlənmə Diplomu ilə bitirmişdir. Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniyada hərbi kurslarda iştirak etmişdir. NATO baş katibi tərəfindən ən yüksək medala layiq görülmüşdür. Uzun müddət Əfqanıstanda sülhməramlı qoşunların tərkibində tabor komandiri olaraq xidmət etmişdir. Rus, ingilis və erməni dillərini mükəmməl bilirdi. Xidmət etdiyi dövrlərdə bir çox döyüş medalları və fəxri adlarla təltif edilmişdir.

27 sentyabrda başlayan II Qarabağ – Vətən müharibəsi döyüşlərində qəhrəmancasına iştirak etmiş, oktyabrın 20-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid mayor Hüseynov Rəhim Qədir oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə və “Qarabağ” ordeni ilə təltif edilmişdir.

Ailəli idi, 3 övladı var.

image-246935070_996071324310433_6514983381909601612_n

image-247022193_458284458927604_7899941751628790539_nimage-246760132_308547610693040_949527920517068824_nimage-246808662_3006699809587006_7522170091803820709_nimage-246847943_836503790349072_4355167900465475826_nimage-246345045_598686391547947_4271830731375765145_n

image-247113698_146474417653968_4572132176315692319_nimage-246881214_1808530592650831_5333605262796156204_nimage-247408130_381575000312589_1449484149618498083_n

image-246793387_4191611397634280_6368481577566036966_n

image-246786782_178255331138702_7485140594170804812_n

image-246806765_547092969886710_7957648794622459823_n

image-247358337_381267596919571_6793647060775457026_n

image-247386664_414484416719085_4212803411937704783_n

image-246793387_247288847361104_5500180699296695589_n

image-246884785_1971700116342015_3989537737816721364_n

image-246814247_1025978564845524_25015136976548249_n

image-246997797_623051362053305_8537257887589028367_n

image-247086597_1303439406756735_3975514639942294118_n

image-247000819_1632279157126576_4597748368920594157_n

image-246884785_575581880314853_495806693505012282_n

Qanunla.Az

Vüqar Rəhimov

 

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki