image-qanunla-reklam
image-223037799_154713246751883_4504149879274106482_n

Zərdabda Milli Mətbuat günü qeyd olundu-FOTOLAR

image-lady-day-az

Zərdabda Milli Mətbuat günü qeyd olundu.

Qanunla.Az xəbər verir ki, Azərbaycan Milli Mətbuatının yaranmasının 146-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Zərdabda  da qeyd olunub. Bu münasibətlə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,Millət vəkili Jalə Əliyeva,icra hakimiyyəti  aparatının məsul şəxsləri, və  KIV-nin əməkdaşları dahi şəxsiyyət H.B.Zərdabinin heykəlinin önünə gül dəstələri düzüb ruhuna ehtiramlarını bildiriblər.Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə və Millət vəkili Jalə Əliyeva mətbuat işçilərini  22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik ediblər.

Yeni Azərbaycan Partiyasının binasında  keçirilən tədbiri giriş sözü ilə açan Millət vəkili,Milli Məclisin Ailə, Qadın və Uşaq  məsələləri komitəsinin sədr müavini,Filologiya elmləri doktoru,Professor Jalə Əliyeva bildirib ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olmuşdur. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.Bir daha 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə sizləri təbrik edirik.

Daha sonra Millət vəkili Jalə Əliyeva və İcra hakimiyyətinin başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova Milli Mətbuatının yaranmasının 146-cı ildönümü münasibətilə bir qrup KİV-nin əməkdaşlarını Fəxri Fərmanla təltif ediblər.

Qeyd edək ki,Fəxri Fərman alanlar arasında Əkinçi qəzetinin baş redaktoru İsaməddin Əhmədov,veteran jurnalist Bağırov Mirağa,jurnalist Ruslan Bəşirli,jurnalist Jalə Mütəllimova-Seyidlidə yer alıblar.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Qanunla.Az

Vüqar Rəhimov

Süleyman Tarverdi

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki