image-qanunla-reklam
image-448318720_2862428640581364_8857226981937121313_n

Zərdabda Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirilib-FOTO

image-lady-day-az

14 iyun 2024-cü il tarixdə 15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə ümumrayon tədbiri keçirilib.

Qanunla.Az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, hüquq-mühafizə orqanlarının və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümaəyndələri, rayonun ümumtəhsil məktəblərini bitirən məzunlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Həsən Bəy Zərdabi parkında rayon mədəniyyət mərkəzinin qarşısında davam edən tədbirdə icra başçısı cənab Mərdan Camalzadə çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 1993-cü ildə xalqın xahiş və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Bildirib ki, bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, ən layiqli yetirməsi cənab İlham Əliyevin əlindədir. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, qurucusu və memarı Heydər Əliyev olan dövlətimizlə fəxr edir. Tədbir daha sonra yerli musiqi kollektivlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.

image-448318720_2862428640581364_8857226981937121313_nimage-448319340_2862428987247996_7753914242706966283_nimage-448315863_2862429093914652_6613003328938446035_nimage-448465485_2862429283914633_7698662565962170947_nimage-448317785_2862429550581273_2065743775906650994_nimage-448318209_2862430457247849_2221798400126446708_nimage-448319353_2862430657247829_8651929150076875398_nimage-448466504_2862431047247790_131797495843788748_nimage-448316100_2862431237247771_6352368563976661373_nimage-448316450_2862431593914402_4742394783770383963_nimage-448490915_2862432573914304_1994022125295592936_nimage-448317531_2862432667247628_6495859890403101427_nimage-448319651_2862432797247615_7761798828402882086_nimage-448315062_2862432887247606_7052140822676690457_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki