image-qanunla-reklam
image-480369642_506537225837678_4335934176337953091_n

Zərdabda “Narkomaniyaya yox deyək, gələcəyimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib-FOTO

image-lady-day-az
Zərdab Rayon Polis Şöbəsinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək, gələcəyimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Qanunla.Az xəbər verir ki,tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igid oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Narkomaniyanın dünyanı məhvə sürükləyən və qarşısı alınmaz bəlaya çevrildiyini deyən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə onunla mübarizədə bütün dövlət qurumlarının səfərbər olduğunu diqqətə çatdırıb.
O, bildirib ki, bu gün ölkəmizdə gənclərin layiqli vətəndaş kimi formalaşması, onların həyatın bütün sahələrində uğur əldə etmələri, zərərli vərdişlərdən qorunmaları üçün dövlət tərəfindən layiqincə dəstək göstərilir.
Rayon Polis Şöbəsinin rəisi polis
polkovnik-leytenantı Ramil Salayev bildirib ki, narkotiklərlə mübarizədə hüquq mühafizə orqanları tərəfindən görülən işlər gələcəyimiz olan uşaqları, gəncləri qorumağa yönəlib.
Qeyd olunub ki, ötən il Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Belə ki, qanunsuz dövriyyədən 10 kiloqram 600 qram narkotik vasitə çıxarılıb. Qeydə alınan faktlardan 3-ü satış, 11-i isə saxlama ilə bağlı olub. Fiziki baxımdan sağlam, zərərli vərdişlərdən uzaq olan gənclərin sayəsində Vətən müharibəsində şanlı Zəfər qazandığımızı, antiterror tədbirlərindən sonra isə suverenliyimizin bərpa olunduğunu vurğulayan tədbir iştirakçıları “ağ ölüm”lə mübarizədə hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.
Sonda narkotik vasitələrin zərərlərindən bəhs edən videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
image-480941182_506537259171008_7735556390663710473_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki