image-qanunla-reklam
image-1637910034_d9ae6468-56b5-303b-91ca-198212a46428_850

Zərdabda narkotik satan qardaşlar saxlanılıb – FOTO

image-lady-day-az
Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qanunla.Az-a bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb.
Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib.
Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri – Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb.
Hal-hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.
image-b42904c5-98e8-3180-8e50-31149852149b

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki