image-qanunla-reklam
image-219474681_522053142348404_4567772892850470127_n

Zərdabda şadlıq evlərində reyd keçirilib-FOTOLAR

image-lady-day-az

Zərdab rayon İcra Hakimiyyətinin və rayon  Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində reyd keçiriblər.

Qanunla.Az xəbər verir ki,tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşlarının da iştirakı etdiyi tədbirdə şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə buraxılmayıb.

Sonda Icra Hakimiyyətinin əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Vüqar Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki