image-qanunla-reklam
image-img-20211119-wa0009

Zərdabda Şəhid Anar Məmmədzadənin Anım günü qeyd olundu-FOTO

image-lady-day-az

Noyabrın 19-da şəhid Anar Nazim oğlu Məmmədzadənin Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, anım tədbiri keçirilib. Şəhidin ruhuna dualar oxunub, məzarı üstə tər gül-çiçək dəstələri düzülüb.
Qanunla.Az xəbər verir ki,anım mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,Millət vəkili Jalə Əliyeva, Rayon Prokurorluq orqanının rəhbəri, hüquq mühafizə orqanlarının rəhbərləri, Təhsil şöbəsinin müdiri,Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının fəalları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak  edirdilər.
Anım mərasimində çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə şəhidin ailəsinə bir daha başsağlığı verərək onlara Allahdan səbr diləyib.Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Anarın xatirəsinin bundan sonra da daim əziz tutulacağı, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı vurğulanıb.

O,Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirdi. Mərdan Camalzadə, həmçinin dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək   Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha şəhidin  valideynlərinə təşəkkür etdi. Diqqətə çatdırdı ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.
Mərasimdə çıxış edən Millət vəkili Jalə Əliyeva bildirdi ki, biz şəhidlərimizin Azərbaycanın qəhrəmanlıq tarixində müqəddəs bir rol oynadıqlarının şahidləri kimi onları daim minnətdarlıq hiss ilə anacaq və işıqlı əməllərini qəlbimizdə əbədi yaşadacağıq.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Anar Məmmədzadə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə ”Vətən uğrunda”,”Füzulinin azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

image-img_20211119_123907image-img-20211119-wa0009 image-img-20211119-wa0010 image-img-20211119-wa0011 image-img-20211119-wa0012 image-img-20211119-wa0013image-img-20211119-wa0014

image-img_20211119_173538

image-img-20211119-wa0015 image-img-20211119-wa0016 image-img-20211119-wa0017 image-img-20211119-wa0018 image-img-20211119-wa0019 image-img-20211119-wa0020 image-img-20211119-wa0021 image-img-20211119-wa0022 image-img-20211119-wa0023image-img-20211119-wa0033image-img_20211119_163250image-img-20211119-wa0032image-img-20211119-wa0024 image-img-20211119-wa0025 image-img-20211119-wa0026 image-img-20211119-wa0028 image-img-20211119-wa0027 image-img-20211119-wa0029

Qanunla.Az 

Vüqar Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki