image-qanunla-reklam
image-243645689_291169792836410_4056411710020902005_n

Zərdabda şəhid İbrahim Cəbrayıllının ildönümü qeyd olunub-FOTOLAR

image-lady-day-az

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan igidlərimizdən biri də baş çavuş İbrahim Cəbrayıllıdır.

Cəbrayıllı İbrahim Raqub oğlu 1999-ci fevral ayının 3-də Zərdab rayonunun Məlikumudlu kəndində anadan olmuşdur. Şəhidimizin xatirəsi doğum günündə rayonun Məlikumudlu kənd qəbiristanlığındakı məzarı yanında anılıb.

Qanunla.Az xəbər verir ki,anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,İcra aparatının məsul şəxsləri,SHXÇDX-nın Zərdab rayon şöbəsinin rəisi,Vətən muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri,Gənclər və idman idarəsinin rəisi, Təhsil şöbəsinin müdiri, YAP-nın işçiləri, Daxili Qoşunların hərbiçiləri,şəhidin ailə üzvləri və kənd sakinləri iştirak ediblər.Qəhrəman şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

İcra başçısı Mərdan Camalzadə Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də İbrahimin xatirəsinin bundan sonra da daim əziz tutulacağını, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını vurğulayıb.

Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhidimiz 01 oktyabr  2020-ci il tarixində Murovdağ zirvəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.O, II Qarabağ-Vətən müharibəsi dövründə Zərdab rayonunun ilk şəhididir. Cəbrayıllı İbrahim Raqub oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezindetinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə isə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

image-243523235_994631251099763_5004099568717235308_n

image-243731633_562022211772212_6724845417886211807_n

image-244017096_275964127711414_8515702558162012559_n

image-243454690_408121124169709_9007274631701391619_n

image-243516959_413898446918851_3916761576953748429_n

image-243651738_406076651113824_3728959605481797772_n

image-243556334_590186235367231_8909322769129519158_n

image-243714817_245847964224097_5517081919681623661_n

image-243978388_597810471573248_7493989849889422219_n

image-244023427_1106887666513111_2921957058673713772_n

image-243895423_592696488587176_4936701584322523686_n

image-243804923_2702253946742063_4235649948763719544_n

image-243782923_393659712292086_7491542509088783037_n

image-243487713_574826163870327_3362060157730965254_n

image-243484480_1298163150612401_6238938337098749481_n

image-243570870_4341095835959503_121801857529124081_n

image-243764466_376858824104796_1202505840009831394_n

image-243981632_1354635634969841_2543844489568278316_n

image-244003312_188643659955175_5740099619091567598_n

Qanunla.Az 

Vüqar Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki