image-qanunla-reklam
image-1635493607666358745_1000x669

Zərdabda Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü keçirilib FOTO\ VİDEO

image-lady-day-az

Zərdabda Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü keçirilib.

Qanunla.Az xəbər verir ki,28 oktyabr 2021-ci il tarixdə Zərdab Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına uyğun olaraq Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü keçirilib. Tədbirdən öncə xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Murad Həsənov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu ötən il sentyabrın 27-də düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün başladığı zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi, ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Daha sonra Rayon İHB Aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Vətən müharibəsi iştirakçıları, Zaur İslamov, Elvin Xəlilov, Ramazan Qasımzadə çıxış edərək Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, hərbi-diplomatik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğunu, otuz ilə yaxındır yurd həsrəti ilə yaşayan xalqımızın öz ata-baba torpaqlarına qayıtmasına imkan yarandığını sevinc və qürur hissi ilə qeyd etdilər. Çıxış edənlər məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar. Sonra şəhər 1saylı məktəb-liseyin şagirdi Aygün Ağayeva “Zəfər şeirini, Gəlmə kənd tam orta məktəbin şagirdi Gülşən Əhədli “Bu Zəfərin mübarəkdir ey Vətən”şeirini səsləndirdilər.

image-16354936075908453767_1000x669

image-16354936072576947951_1000x669

Vüqar Rəhimov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki