image-qanunla-reklam
image-3

Zərdabda Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib FOTO/ VİDEO

image-lady-day-az

“BİZƏ QƏLƏBƏ ÇOX YARAŞIR”

Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Vətən müharibəsinin  ildönümü ilə əlaqədar Zərdab rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilir.
27.10.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il Tədbirlər Planına əsasən və 2021-ci ilin 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Vətən müharibəsi iştirakçıları və   qazilərlə “Bizə Qələbə çox yaraşır” mövzusunda görüş keçirilib.
Tədbirdə Zərdab rayon sakinləri  Xocavənd, Füzuli və Ağdam rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş Novruzzadə Rəşad Alik oğlu, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuş  Məmmədli Müşfiq Elşad oğlu, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd  və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”,  “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunan Qasımlı Ramazan Fərhad oğlu, Zərdab rayonu Salahlı kənd sakini Cəbrayıl, Qubadlı və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının  azad olunmasına görə” medalları ilə təltif olunmuş İbrahimli İlkin Seymur oğlu, Zərdab rayonu Sarıqaya kənd sakinləri Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Qubadlının azad olunmasına görə”,  “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Rəhimov Qismət Baloğlan oğlu, Cəbrayıl, Füzuli, Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak edən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunan  Məmmədov Pərviz Zakir oğlu, həmçinin Qanunla.Az İnformasiya Agentliyinin baş redaktor müavini Vüqar Rəhimov iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Zərdab rayon Heydər Əliyev Mərkəzində hazırlanıb nümayiş olunan “Vətən naminə şəhidlik zirvəsinə ucalanlar” başlıqlı sərgiyə baxıblar. Eyni zamanda Vətən müharibəsi iştirakçıları və qazilər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə dolğun, ardıcıl və əhatəli əks etdirən ekspozisiya zalı ilə tanış olublar.

Daha sonra tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.
Tədbiri açıq elan edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru  Könül Rəhimova qeyd etdi ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yüksək erudisiyası, müdrik düşüncəsi, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimiz hərtərəfli qüdrətlənir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin edilir. Könül xanım  həmçinin bildirdi ki, ölkəmizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Düşmənin 27 sentyabrdan başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və 44 günlük haqq savaşındakı tarixi qələbəmizi təmin etmişdir. Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən Könül xanım Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən  danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğuladı. Millətinə xidməti həyat amalına çevirmiş cənab İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu xüsusi vurğulayan Könül xanım  bildirdi ki, müasir Azərbaycanın tarixinə ən uğurlu il kimi düşən 2020-ci ildə müdrik rəhbər hərbi və siyasi-diplomatik yolla ölkəmizin tarixi ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirdi. Vətən müharibəsindəki misilsiz qələbəmiz ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür.
Könül xanım həmçinin qeyd etdi ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olmuş, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilmiş, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilmişlər. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də, şəhid ailələri üçün verilən prezident təqaüdünün artırılması məqsədi ilə qısa zaman ərzində ölkə rəhbərinin ard-arda bir neçə fərman və sərəncam imzalaması bu zümrədən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək göstəricisi olmuşdur. Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür. Könül xanım vurğuladı ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxmaqla mərdlik göstərmiş, əlil olmuş şəxslərə və canlarını qurban verməklə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm olaraq davam etdirilir. Bu müqəddəs missiyanın həyata keçirilməsində Zərdab rayon Heydər Əliyev Mərkəzinin  əməkdaşları da iştirak edir və bundan sonra da iştirak edəcəklər.
Sonra Könül xanım Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə öz dərin təşəkkürünü bildirərək qeyd etdi ki, cənab Prezidentin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçılarının müxtəlif orden və medallarla təltif olunması onların xidmətinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür.
Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçılkarı, Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən danışıblar.
Sonda Vətən müharibəsində iştirak edən şəxslərə Zərdab rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi tərəfindən hədiyyələr təqdim edildi, Vətən müharibəsi iştirakçıları isə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Ardınca çay süfrəsində səmimi söhbətlər aparılıb və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.































 

 

 

 

 

Qanunla.Az

Vüqar Rəhimov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki