image-qanunla-reklam
image-220315945_1218667215263520_1440665935902250749_n

Zərdabda Vətən müharibəsi iştirakçılarına  medallar təqdim edildi-FOTOLAR

image-lady-day-az
Zərdabda Vətən müharibəsi iştirakçılarına  medallar təqdim edildi.
Qanunla.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medal və onların vəsiqələrinin təqdim edilməsi münasibəti ilə rayon icra hakimiyyətində tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,Icra başçısının müavinləri,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi Asif Əhədov, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları iştirak edib.
Rayon icra başçısı Mərdan Camalzadə tədbirdə çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışıblar. Bildirilib ki, qısa müddət ərzində Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad edib. Azərbaycan Ordusu arsenalında olan ən müasir silahlarla faktiki olaraq Ermənistan ordusunu darmadağın edib. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlib. Vətən müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilib.
Icra başçısı çıxış etdikdən sonra medal və onların vəsiqələrin təqdim edilməsinə başlandı. Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilmiş 8 nəfərə verilən  medal və onların vəsiqələri Vətən müharibəsinin iştirakçıların  özlərinə,şəhidlərin medal və vəsiqələri  ailə üzvlərinə təqdim edilİb.
Vətən müharibəsinin iştirakçıları və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Mehriban  xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Medalla  təltif olunanların siyahısı:
Ağaqardaş İlham oğlu Abbasov ”Füzulinin azad olunmasına görə”  (ölümündən sonra)
Anar Nazim oğlu Məmmədzadə ”Füzulinin azad olunmasına görə”  (ölümündən sonra)
Zinhar Beydulla oğlu Bayramov ”Füzulinin azad olunmasına görə”  (Polkovnik Leytenant)
Aqil Bəybala oğlu Xəlilov            ”Füzulinin azad olunmasına görə”  (Leytenant)
Tahir Əlyar oğlu Hacıyev            ”Füzulinin azad olunmasına görə”  (Əsgər)
Veys Xaləddin oğlu Hacızadə    ”Füzulinin azad olunmasına görə”  (Əsgər)
Mikayıl Ziya oğlu Həmidov        ”Füzulinin azad olunmasına görə”  (Əsgər)
Vüqar Əbülqasım oğlu İsaqlı      ”Füzulinin azad olunmasına görə”  (Əsgər)
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Vüqar Rəhimov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki