image-970_50
image-fb_img_1634064246351

Zərdabda Vətən müharibəsi qazisinin ad günü qeyd edildi-FOTO

image-728_90

Zərdabda Vətən müharibəsi qazisinin ad günü qeyd edildi.

Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi də belə həssas kateqoriyadan olan insanlarla mütəmadi görüşlər təşkil edir.
12.10.2021-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə Vətən müharibəsi qazisi Hacı Nəğmər oğlu Orucovun doğum günü münasibətilə evində görüş keçirilib.
Qeyd edək ki, Orucov Hacı Nəğmər oğlu İkinci Qarabağ müharibəsində Xocavənd, Füzuli, Şuşa rayonu uğrunda döyüşlərdə könüllü iştirak edib yaralanıb.
Hacı Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı Zərdab rayonun da hər zaman örnək götürülür.

Səmimi görüş zamanı Hacı Vətən müharibəsində yadda qalan döyüş xatirələrindən, dostlarının göstərdiyi misilsiz qəhrəmanlıqlarından söz açıb.
Görüşün sonunda Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi tərəfindən Hacı Orucova Vətən müharibəsində göstərdiyi vətənpərvərliyə və doğum günü münasibətilə hədiyyə təqdim olunub.

image-fb_img_1634064207925 image-fb_img_1634064212008 image-fb_img_1634064214800 image-fb_img_1634064218669 image-fb_img_1634064226019 image-fb_img_1634064235629 image-fb_img_1634064239453 image-fb_img_1634064246351 image-fb_img_1634064249396 image-fb_img_1634064262652

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki