image-qanunla-reklam
image-1-1

Zərdabda Vətən müharibəsi şəhidi Faiq Vəlizadənin ildönümü qeyd olunub-FOTOLAR

image-lady-day-az

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Faiq Bayraməli oğlu Vəlizadənin il dönümü ilə əlaqədar olaraq Zərdab rayon Alıcanlı kəndində anım tədbiri keçirilib.

Qanunla.Az xəbər verir ki, tədbirdə RİH-nin başçısı Mərdan Camalzadə,RİH-nin başçısının müavinləri,Millət vəkili Jalə Əliyeva,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, DTX-nin Zərdab rayon şöbəsinin rəisi,SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi,Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin rəhbərləri və YAP Zərdab rayon təşkilatının üzvləri iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunmuşdur.Qəhrəman şəhidimizin döyüş yolu barədə söhbət açılmış, valideynlərinə başsağlığı verilmişdir.

RİH-nin başçısı Mərdan Camalzadə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib.

O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Faiq kimi igid əsgər və zabitlərimizin müharibə dövründə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verdiyini və bunun hər birimizdə sonsuz qürur hissi doğurduğunu qeyd edib.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qanunla.Az 

Vüqar Rəhimov

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki