image-qanunla-reklam
image-247988123_898511881065253_2850464204237821079_n_637707701306830613

Zərdabda Vətən müharibəsi şəhidi gizir Turan Muradovun ildönümü qeyd olunub FOTO/ VİDEO

image-lady-day-az

Rəşadətli Azərbaycan Ordusu 1 il əvvəl 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tariximizə əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyaraq ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdu. Cəsur, igid Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan bir an belə çəkinmədilər. Ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də  gizir Turan Vaqif oğlu Muradovdur. Gizir Turan Muradov da döyüş yoldaşları, silahdaşları ilə birlikdə vuruşaraq bizim olan əzəli torpaqlarımızı sahiblərinə qaytardılar.
Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü canı bahasına qoruyan, döyüşdə göstərdiyi qəhrəmanlığa görə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə (ölümündən sonra) “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş igid Vətən oğlunun bu gün uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il ötür. Bu gün şəhidimizin doğulduğu Zərdab rayon Körpükəndində ildönümü qeyd olunub.
Qanunla.Az xəbər verir ki,İldönümü mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, icra aparatının başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri,Gənclər və İdman idarəsinin rəisi,Təhsil şöbəsinin müdiri,SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi, YAP Zərdab rayon təşkilatının üzvləri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.Daha sonra I-ci Qarabağ döyüşlərində şəhid olan qəhrəman şəhidlərin məzarları ziyarət olunub.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açan icra başçısı həmin qələbədə Turanın da payı olduğunu bildirib. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən söz açan icra başçısı illər keçsə də Turan kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıb. Rayon rəhbəri Vətənin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən Turan kimi oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Zərdabın igid oğullarının sırasında dayanan Turan təkcə Zərdablıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin fəxr etdiyini bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib.
“Ölkə Prezidentinin də söylədiyi kimi, şəhid ailələrinin bizim qayğımıza, diqqətimizə ehtiyacı var. Bizim də hər zaman borcumuzdur ki, həmin qayğını onlara hiss etdirək, dəstəyimizi onlardan əsirgəməyək. Əgər bu gün Ali Baş Komandan cənab  İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, onlara dayaq olursa, şəhid ailələrinin qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə örnək olmalıdır”, – deyən icra başçısı Zərdabda bu amilin hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.

Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

image-242155562_460813395348914_2797380504235631816_n

 

 

Qanunla.Az

Vüqar Rəhimov

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki