image-qanunla-reklam
image-217887301_557753848802538_4576091442974606591_n

Zərdabda Vətən Müharibəsi şəhidi Rüstəmli İbrahimin ad günü qeyd olundu-FOTO/ VİDEO

image-lady-day-az

Zərdabda Vətən Müharibəsi şəhidi Rüstəmliİ İbrahimin ad günü qeyd olundu.

Bu gün fəxrlə söyləyə bilərik ki, 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Sıravi əsgərindən tutmuş Generalınadək hər bir döyüşçü əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, doğma Qarabağı qaniçənlərdən təmizləmək, mübarizə apardığımız haqq savaşı naminə canını fəda etməyə hazır idi və bu yolda bir yumruq tək birləşdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi yaddaşlara yazıldı. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. İllər ötsə belə 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımızı hər zaman yad edəcəyik. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur. 44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran oğullarımızdan biri də şəhid  Rüstəmli İbrahim Mirzağa oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Rüstəmli İbrahimin  bu gün 27 yaşı tamam olur.

Qanunla.Az xəbər verir ki, Zərdab rayon icra Hakimiyyəti başçının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, Vətən muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  Zinhar Bayramov, SHXCDX-nin Zərdab rayon bölməsi rəisinin müavini mayor Vüsal Mirzəyev,YAP-nın Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov,Gənclər və idman idarəsinin kollektivi və KİV-nin əməkdaşları Vətən oğlunun doğum gününü ailəsi ilə bərabər məzarına gül dəstələri düzüb,ruhuna  dualar oxunub şəhidimizə olan sonsuz ehtiramlarını  bildiriblər.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısının müavini Pərvin Mahmudova  həmin qələbədə payı olan ibrahim  kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.

Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin müvafiq sərəncamına əsasən Zərdab rayon Şahhüseyinli kəndinin mərkəzi küçəsinə Şəhid Rüstəmli İbrahimin adı verilib. Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə,Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra birinci Qarabağ döyüşlərində şəhid olmuş qəhrəmanların məzarları ziyarət olunub.

Qeyd edək ki,Xocavənddə ilk Azanı İbrahim vermişdir. Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış, bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına köməklik göstərərkən, qəhrəmancasına şəhid olmuşdur.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid Rüstəmli İbrahim Mirzağa oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Qanunla.Az

Vüqar Rəhimov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki